Kişilər bəzi zamanlar özlərində seksə qarşı istəksizlik hiss edə bilər. Yox, əgər bu hal çox tez-tez təkrarlanırsa, diqqətli olun! Səbəbləri fərqli ola bilər.
Münasibətinizin başlanğıcında ərinizlə yataqda çox vaxt keçirdiyinizdən, hətta yatağı yığışdırmağa belə ehtiyac durmarsız. Ancaq aylar, illər ötdükdən sonra artan yaxınlıq nəticəsində hormon səviyyəsindəki azalma səbəbindən cinsəllik münasibətdə daha az yer tutar. Bəzi qadınlar bunu görməzliyə vura bilər, ancaq bu yanlışdır.
20, 30 yaşlardakı kişilərdə libido olduqca yüksəkdir. Bu hal yataq otağında işlərin yavaş getməsi, ya sevgilinizin həyatında, ya da münasibətinizdə bir şeylərin düzgün getmədiyinə işarədir. Diqqətinizə kişilərdə cinsi istəksizliyə yol açan 6 əsas səbəbi təqdim edir.
Stressli
Sevdiyiniz işdə ağır bir gün keçirirsə, stresslidirsə, ya da ailə krizinin ortasında olursa seksə heç bir həvəsi qalmır.
Yaşadığı stressin sizin münasibətinizə təsir etdiyini bildirməyin. Sizi xoşbəxt etmədiyini düşünmək onu daha da pis edər. Anlayışlı olun, boynunu masaj edin, evə gələrkən sakit, rahatladıcı mahnı qoşun və beləliklə, diqqətini öz üzərinizə çəkə bilərsiz.
Sizə qəzəblidir!
Kişilər bəzən qəzəbli olarkən qışqırmaq yerinə səssiz qalmağa üstünlük verərlər. Bu zaman cinsi baxımdan sizi uzaq tuta bilər. Qəzəb cinsi alovu söndürə bilər.
Bəzən mübahisənin səbəbinin nə olduğunu bilirsiz. Bəzən isə bilmədən kişini əsəbləşdirmiş olursuz. Bunun üçün onun eqosunu yüksəltməyə cəhd edin. Onunla flirt edin, həyatınızdakı önəmini hiss elətdirin.
Bağlanmaqdan qorxur!
Bəlkə birlikdə qocalmaqdan, gələcəklə bağlı planlarınızdan bəhs etdiniz deyə kişi sizdən uzaqlaşıb. Seks kişinin bağlılıq, yaxınlıq duyğusunu canlandırır, bəzi kişilər isə bundan qorxub bir az uzaq durmağa çalışır.
Bunun üçün münasibətdə tələsmədiyinizi deyin.
Yataqda bacarıqlarından əmin deyil!
Son zamanlar yataqda sizin çox zövq almadığınızı hiss edib özünə olan güvənini zədələmiş ola bilər. Cinsəllik kişinin özünü kişi etməsinə kömək edən ən önəmli amildir. Əgər sizi xoşbəxt edə bilmədiyini düşünsə, bu, onda bacarıqsızlıq düşüncəsi formalaşdırar. Nəticədə sizdən uzaqlaşmış olar.
Bunun üçün yataqda xoşlandığınız bəzi hərəkətlərini dilə gətirin. Sizin xoşunuza gəldiyini düşünməsi libidosunu artırmış olacaq.
Ayrılmaq istəyir!
Acı, amma həqiqətdir. Bir kişi yaşadığı münasibəti bitirmək istəyirsə, bunu bir anda dilə gətirməyəcək. Fiziki olaraq ortadan yox olmazdan əvvəl duyğusal olaraq uzaqlaşmağa başlayacaq.
Kişilər pis insan olmaq istəməzlər. Buna görə ayrılmaq istəməsi ilə bağlı bəzi siqnallar verib bu söhbəti ilk qadının açmasını və qadınların onlardan ayrılmasını gözləyərlər. Onunla üzləşib danışın, ancaq özünüzü ayrılığa hazırlayın.
Saxta bəhanələr
- Sabah işdə önəmli bir gündür, dincəlməliyəm.
Hallbuki, seks zehnin dinlənməsinə və rahat yatmağa kömək edir.
- Həftəsonu bol vaxtımız olacaq, onu gözləyək və s...
Oxu24.com
ŞƏRHLƏR