İstanbulda qadınları cinsi istismar edən molla həbs olunub.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qadınları evliliklərini xilas etmək vədilə aldadan Burhan D. adlı şəxs polisin xüsusi əməliyyatı ilə saxlanılıb.
48 yaşlı molla qadınların bədəninə müxtəlif yazılar yazaraq onların bədənindən cin çıxardığını iddia edib.
Bu işin müqabilində hətta pul alan Burhan D. fırıldaqçılıq və cinsi təcavüz əməllərinə görə ittiham olunur.
Hakim qarşısına çıxarılan molla həbs olunub.
Oxu24.com
ŞƏRHLƏR