ABŞ-ın Kentukki əyalətindən hakim qadın əxlaqsızlıq etdiyi üçün işdən çıxarılıb.
“Ölkə.Az” xəbər verir ki, buna səbəb 39 yaşlı ailə hüququ üzrə hakim Doun Centrinin məhkəmə zalında tabeliyində olan bir şəxslə cinsi əlaqədə olması olub.
Araşdırma zamanı hakim qadının işçilərindən birini istefaya məcbur edərək, sevgilisi Stiven Penrouzu işə götürdüyü ortaya çıxıb.
Bu kadr dəyişikliyindən sonra məhkəmədə bu qüruma uyğun olmayan şeylər baş verməyə başlayıb. Belə ki, Centri Penrouz ilə dəfələrlə cinsi əlaqədə olub, ona gitara çalmasına, mahnı oxumasına və hətta spirtli içki qəbul etməsinə belə icazə verib. Bütün bunlar iş vaxtı baş verib.
Sonda hakim qadın qurumun rəhbərliyi tərəfindən işdən qovulub.
ŞƏRHLƏR