Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34540
az

“15 yaşımda evdən qaçdım, indi seks biznesində çalışıram...” – Aygün başına gələnləri danışdı

10:3304 İyul, 2020
1533
18+
  • A

"Pula ehtiyacım olduğu üçün hazırda seks biznesində işləyirəm. Evim var və azyaşlı oğlumun tələbatlarını bu yolla ödəməliyəm”.


Sfera.az-ın məlumatına görə, Bakıda fəaliyyət göstərən seks işçisi Aygün QHT-lərin kommersiya seks işçilərinə təqdim etdiyi xidmətlərdən istifadə edir və bundan razılıq edir.


"23 yaşındayam, dörd aylıq körpəm var. Mən uşaq olanda atam ailədən getdi, 8 yaşım olanda isə anam dünyadan köçdü.

Bakının kənarında yaşayan qohumlarımın ailəsində böyüdüm. 14 yaşımda mənə erkən mərhələdə vərəm diaqnozu qoyuldu və qohumlarım məni dövlət uşaq evinə göndərdilər, orada vərəmdən üç aylıq müalicə kursu aldım. İndi sağlamlığımla bağlı hər şey qaydasındadır, amma vaxtaşırı həkim müayinəsindən keçirəm.

15 yaşımda evdən qaçdım. İndi pula ehtiyacım olduğu üçün seks biznesində işləyirəm. Evim var və azyaşlı oğlumun tələbatlarını ödəməliyəm.

Başqa bir iş görə bilsəm, ideal olardı. Bu təşkilatın işçiləri mənə iş axtarmaqda kömək edir. Amma bu asan məsələ deyil, çünki düzələ biləcəyim iş yerlərinin çoxunda maaş çox aşağıdır”

 

 

QHT mənə necə kömək edir?


"Körpəm doğulandan az sonra bura gəlməyə başladım. Burda işləyən insanlar analara uşaqlara qulluq etməkdə kömək edir, psixoloji dəstək verir, doğuşdan sonrakı müayinələri, qan analizlərini və tibbi müayinələri pulsuz həyata keçirirlər (bütün bunlara görə ödəniş etməli olurdum), hüquqi xidmətlər göstərirlər. Konkret olaraq olaraq mənə məruz qaldığım cinsi təcavüz və atamı tapmağa çalışmağımla bağlı yardım edilir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib