İmişlidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayon sakini, 1981-ci il təvəllüdlü Ruslan Gülməmmədovun idarə etdiyi “KamAZ “markalı yük avtomobili ilə Yalavac kənd sakini, 1961-ci il təvəllüdlü Camal Kərimova məxsus “Qazel” toqquşub.
Nəticədə “Qazel”in sürücüsü ölüb. Hər iki avtomobildə olan sərnişinlər - İmişli rayon sakinləri, 1971-ci il təvəllüdlü Fərhad Həmzəyev və 1974-cü il təvəllüdlü Niyaməddin Musayev müxtəlif dərəcəli xəsarətlərlə Saatlı rayon xəstəxanasına yerləşdirilib.
Deformasiyaya uğramış “QAZel”də sıxılıb qalan sürücünün meyiti İmişli Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR