Bakının Yasamal rayonunda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan Tural Niftəliyevin barəsində həbs qətimkan tədbiri seçilib.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.
Tural Niftəliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçillib.
İttihama görə, paytaxt sakini Tural Dərgah oğlu Niftəliyev Yasamal rayonu ərazisində bir azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.
O, Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib, Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Oxu24.com
ŞƏRHLƏR