Bugünkü mövzumuz bir qədər əvvəlki mövzulardan fərqlidir. Bu gün bizim milli mentalitetimizin saflıq, əxlaq rəmzlərindən biri sayılan qızlıq pərdəsi, bakirəlik barədə danışacağıq. Bu barədə olan suallar həmişə aktualdır və çoxdur. Həmin suallar içərisində ən çox verilənləri seçdik və bu gün bu suallara aydınlıq gətirəcəyik.
Oxu24.com xəbər verir ki,ginekoloq Şəhla Hüseynova qızlıq pərdəsi barədə geniş məlumat verib.
18+ videonu təqdim edirik:
Qızların qızlıq pərdəsi barəsində bir çox həyəcanları var. Birincisi odur ki, qızlıq pərdəsi hər hansı bir hündürlükdən yıxıldıqda, travma zamanı, sərt yuyulmalar zamanı və s. kimi hallarda pozula bilərmi?
Çoxunuz düşünürsünüz ki, bu pərdə nazikdir, birbaşa səthdə yerləşir və qeyd etdiyim travmalardan pozula bilər. Amma qızlıq pərdəsi heç də nazik bir pərdə deyil, onun qalınlığı kifayət qədərdir və bu travmalar onun tamlığını poza bilməz. Qızlıq pərdəsinin tamlığı yalnız iki halda pozula bilər:
1) Cinsi əlaqə zamanı
2) Küt və ya iti bir alətin vaginal bölgəyə daxil olması
Qızlıq pərdəsi ilk cinsi əlaqə zamanı qanama verməyə bilərmi?
Bəli, bəzi qadınlarda qızlıq pərdəsi elastik olur. Yəni əlaqə zamanı kənarlara doğru dartılır, lakin tamlığı pozulmur. Əlaqə baş verir, lakin qızlıq pərdəsində qanama olmur. Çox nadir hallarda isə qızlıq pərdəsi ümmiyyətlə olmur. Buna qızlıq pərdəsinin aplaziyası deyilir. Bu hal zamanı da ilk cinsi əlaqədə qanama baş vermir. Bu məsələlər tərəflər arasında çox böyük mübahisələrə yol açır. Bu problemi aradan qaldırmaq üçün isə sadəcə olaraq həkimə müraciət edib problemin nə olduğunu aydınlaşdıra bilərsiniz.
Oxu24.com
ŞƏRHLƏR