Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4951
az

Hamilələr bu meyvənin suyunu içsin: Qrip və QİÇS-dən qoruyur

18:5902 Sentyabr, 2018
1205
  • A
Sağlamlığa xeyirli olan Hindistan qozunun (kakos) suyu hamilə qadınlar üçün çox faydalıdır. Hindistan qozu suyunun hamilələrə 8 faydasını təqdim edirik:

1. Böyrəklərin işləməsinə kömək edir. Hindistan qozu suyu hamiləlik zamanı əhəmiyyətli olan maqnezium, kalium kimi mineralların qəbuluna kömək olması baxımından zəngin qidadır. Sidikqovucu olan kakos suyu sidik yolunun təmizlənməsinə, böyrək daşlarının yaranmamasına və böyrəklərin işləməsinə kömək edir.

2. Sağlam elektrolitlər tərkiblidir. Adətən hamilə qadınların səhər yuxudan oyanandan sonra qusduqları bədəndəki suyu və elektrolitləri bu meyvə yenidən bərpa edir. Həm də əzələlərin funksiyalarını dəstəkləyir və bədəni sakit saxlayan kalsium, fosfor və kalium baxımından zəngindir.

3. Yorğunluq, susuzluq, tükənmişliklə mübarizə aparır. Hindistan qozu suyu elektrolit baxımından zəngin, təzələyici və yüngül bir içkidir. Hamiləlik dövründə içilən kakos suyu bədənin susuz qalması və səhər qusmalarından sonra susuzluq və tükənmişliyə qarşı ideal içkidir. Bədəndəki suyu qoruyaraq, həm də elastiklik qazanmasına kömək olur.

4. Mədə qıcqırması və qəbizliyə yaxşı təsir edir. Hindistan qozu suyu içmək həzm sisteminin güclənməsinə kömək olur. Qəbizliyi aradan qaldırır və Ph səviyyəsini qaydaya salaraq bədənin təmizlənməsinə, metabolizmin inkişafına kömək edir.

5. İnfeksiyalarla mübarizə aparır. Vitamin, antioksidant və minerallar baxımından zəngin olan Hindistan qozu suyu həzm sistemini dəstəkləyir və ana ilə körpəni xəstəliklərdən qoruyur. Hindistan qozu suyunun qrip və ya QİÇS kimi bir çox virusa qarşı qoruyucu təsiri var.

6. Ürəyə xeyirdir. Yüksək təzyiqə qarşı qoruyucu gücü olan potasium və maqnezium tərkibli Hindistan qozu suyu təzyiq səviyyəsini də qorumağa kömək edir. Potasium qandakı sodiumu sabit saxlamağa və bədən funksiyalarının nizamlı işləməsinə kömək olur.

7. Arıqlamağı sürətləndirir. Hindistan qozu suyu sıfır kolorilidir və xolesterolun azalmasını dəstəkləyir. Şirin içkilərlə dəyişdirmək üçün ideal variantdır və ana ilə körpənin sağlam, gümrah olmasına kömək edir.

8. Hindistan qozu suyu 4 mineral baxımından zəngindir: potasium, kalsium, fosfor və sodium. Bu əvəzsiz birləşmə hamiləlik dövründə körpəyə zərər vermədən içilə bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Öd kisəndə daş olduğunu necə bilmək olar?

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO