Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1605
az

Milli Məclisdə Heydər Əliyevlə bağlı şok olay

15:0410 May, 2018
1821
  • A
"Heydər Əliyev 15 ildir ki, cismən bizi tərk etsə də, elə bir gün yoxdur ki, dahi şəxsiyyət xatırlanmasın".
Bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentdə Heydər Əliyevin 95 illyinə həsr olunan xüsusi iclasda deyib.

O bildirib ki, Heydər Əliyevin daim var olması üçün, bu irsə yaradıcı yanaşmalı, irəliyə aparmalıyıq. "Necə ki, bu gün prezident İlham Əliyev bu işi irəliyə aparır.

Biz də öz növbəmizdə prezident İlham Əliyevə dəstək olmalıyıq. Heydər Əliyev sağlığında yalnız öyünmür, həm də tənqid olunurdu. Ulu öndərin ünvanına kəskin şəkildə tənqid irəli sürənlər var idi. Bu gün bu salonda əyləşən həmkarlarımızdan bəziləri də vaxtilə ümummilli iideri tənqid ediblər. Lakin illər keçdikcə onlar ulu öndər irsini anlamağa başladılar. Bunun özü böyük irəliləyişdir.

Biz ulu öndər Heydər Əliyevin 95 illik yubileyi haqqında danışanda, Azərbaycanın 95 illiyi haqqında danışırıq. ümummilli lider hər zaman bizə kəskin olduğumuz halda düzgün yol göstərib, məsələni bir-birini anlamaqla yola qoymağı tövsiyə edib. Zamanında Heydər Əliyevi özünə qarşı görənlər bu gün onun Azərbaycanı inkişafa aparan güc olduğunu dərk edirlər. Onun liderliyi, tam şəxsiyyət olması da bundadır”.

Vitse-spiker bildirib ki, amma nədənsə bu gün həmin insan burada çıxış etmirlər.

"Nədən çəkindiniz, sosial şəbəkələrdənmi? Yalnız böyük şəxsiyyətlər ədalətli ola bilirlər. Heydər Əliyevin böyük ruhu bütün xəyanətlərin qarşısında böyük görünür. Heydər Əliyevi anlamayan insanlar bədbəxt adamlardır. Nə qədər Azərbaycan var, ulu öndər onu sevələrin ürəyində yaşayacaq. Bir sözlə onun dövlətə xalqa, millətə fayda gətirən ideyalardan doğan şəfəqlər ulu öndəri sevənlərin qəlbinə işıq saçacaq, ümummilli lideri sevməyənlərin isə gözünü qamaşdıracaq”-deyə Bahar Muradova bildirib.(modern.az) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı
Prezident: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur