Həmçinin oxu: Əli Kərimliyə həbsxanada təcavüz edilib— SENSASİON VİDEO YAYILDI
Bakterial vaginoz adından elə qadın infeksiyası kimi tanınır. Vaginoz uşaqlıq yolu, vagina deməkdir. Lakin tibdə kişilər də bu diaqnozdan yan keçmir. Nə qədər desələr də məndə ola bilməz, onlarda da vaginoz aşkarlanır.
Medicina.az bakteriol vaginozun kişilərdə necə yarandığını təqdim edir.
Tibdə bəzən bakterial vaginozu qardnerellez adlandırırlar. Amma xəstəlik təkcə bu bakteriyalarla yaranmır. Sadəcə Gardnerella mikrofloranın laktobakteriyalarını azaldaraq, bir çox patogen bakteriyaların yolunu açır. Və onlar qarşısı alınmaz dərəcədə çoxalaraq təhlükəli həddə çatırlar.
Klassik vaginit – uşaqlıq yolunun iltihabıdır. Vaginozla fərqi toxumalarda qızartı və şişkinliyin olmasındadır. Vaginit zamanı axıntı olmur.
Bu gün dünyada 15-45 yaş arası qadınlarda ən geniş yayılmış vaginal disbakteriozdur.
Zərərli xəstəlikdir, hamilə qadınlarda vaxtından əvvəl doğuş, düşük, eləcə də dölün xəstələnməsinə səbəb olur.
Daha çox siqaret çəkən, tez-tez cinsi partnyorlarını dəyişən, qorunmayan, vaginaya tibbi müdaxilələri çox olan, vaginanı müxtəlif məhlullarla yuyan, müxtəlif spirallar qoydurub çıxaran qadınlarda daha çox olur. Eləcə də immunitet düşdükdə, çox antibiotik qəbul etdikdə də vaginanın mikroflorası pozulur.
Kişilərə necə keçir?
Kişilərə bu bakteriyalar penisin selikli qişası ilə uretraya keçir. Xroniki vaginozu olan qadınla qorunmasız cinsi əlaqə zamanı bakteriya imkan taparaq axıntı ilə yeni sərhədlərə keçir, uretraya çatır və orda məskən salır. Kişilərdə vaginoz olarsa onlar digər qadınlar üçün də yoluxdurucu olur. Kişilərdə ağır vaginoz uretrit xəstəliyi yaradır.
Uretrit gənc və orta yaş kişilərdə geniş yayılıb, hələ də dəqiq səbəbləri bilinmir.
Kişilərdə əlamətləri:
Qadınlardan fərqli olaraq heç bir ciddi klinik əlaməti olmur, gizli gedir. Sonradan isə sidik kanalında ağrı, iltihab, cinsi orqandan axıntı, spermada qan izi, cinsi orqan və ətrafında qaşınma, əlaqə zamanı narahatlıq verir.
Müalicəsi
Qadınlardakı kimi eynidir, bircə tampon və laktobakteriya və şamlar təyin edilmir. Əsas müalicəsi antibiotiklərlədir, mütləq həkim təyin etməlidir. Kişi mütləq mülaicə vaxtı və ondan sonra qoruyucu ilə əlaqədə olmalıdır.
Əgər qadında vaginoz aşkarlanıbsa, onun əlaqədə olduğu kişilər və ya yoldaşı da müayinəyə cəlb olunmalıdır. Əgər kişidə uretrit varsa, onun qadını da müalicə edilməlidir. Əks təqdirdə xəstəlik yenidən qayıdacaq və müalicə mənasızdır.
{banner_reklam1}
Oxu24.com
ŞƏRHLƏR