Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19173
az

Soyuqdəymədən qorunmaq üçün 6 effektli üsul - Professor tövsiyə edir

22:0818 Oktyabr, 2019
738
  • A
Soyuq fəsillərdə qripp və soyuqdəymə halları kəskin artır.

Kardiff Universitetinin (Böyük Britaniya) Soyuqdəymə Xəstəliklərinin Araşdırması Mərkəzinin professoru Ron Ekklz soyuqdəymədən qorunmaq üçün bəzi tövsiyələr verib.

Oxu24.com saglamolun.az-a istinadən bu tövsiyələri təqdim edir.

1. Professor soyuqdəymənin riskini azaltmaq üçün burunu soyuqdan qorumağı, burunu tez-tez  isindirməyi (məsələn, buxarla) tövsiyə edir. Burun nahiyəsində hərarət aşağı düşdükdə qan dövranı və mikroblarla mübarizə edən immun hüceyrələrinin  hərəkətliliyi azalır ki, bu da soyuqdəymənin riskini artırır.  

2. Burunu duzlu su ilə yuyun. Araşdırmalar sübut edir ki, duzlu su ilə burun boşluğunun yuyulması bura düşən mikrob və virusları azaldır, onların artmasına mane olur. Çöldə evə qayıdanda mütləq duzlu su ilə burnunuzu yaxşı yuyun (1 stəkan ilıq su + 1 ç.q. duz).

3. Paltarları isti suda yuyun. Soyuqdəymə xəstəlikləri epidemiyası zamanı paltarları (xüsusilə işə geyindiyiniz paltarları) 40 C və bundan yüksək temperaturda yuyun. İsti su paltarları mikroblardan daha yaxşı təmizləyir.  

4. Qidalanmada D vitamini ilə zəngin olan qidaların miqdarını artırın (balıq, yumurta, süd məhsulları).  D vitamini immun sistemini stimullaşdırır.

5. Şirniyyatları məhdudlaşdırın. Şəkər immun hüceyrələri olan faqositlərin aktivliyini azaldır.

6. 7-8 saat yatın. Alimlər sübut edir ki, 7 saatdan az yatan insanlarda soyuqdəymə xəstəliklərinə tutulma  riski 3 dəfə artır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...
Məktəblilər arasında yayılan
Onkoloji xəstəlik riskini azaltmağın ÜÇ YOLU

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR