Evləndikdən sonra cütlüklərin ən böyük arzularından biri evdə körpə səsinin gəlməsidir. Uşaq sahibi ola bilməyən bəzi ailələr isə həkim-həkim gəzsələr də buna nail ola bilmirlər. Nəticədə sonsuz olduğunu düşünən şəxslər ciddi psixoloji problemlər yaşamağa başlayırlar.
Medicina.az xəbər verir ki, sonsuz olduğu hesab edilən şəxslərə psixoloji dəstək çox vacibdir. Bunun da öhdəsindən psixoloqlar gəlir. Ginekoloqlar və ya androloqlar səhhətdə problemin olmadığını gördükdə ailəni doğru istiqamət olaraq psixoloqa yönləndirirlər.
Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən ailə və qadın cinsi problemləri üzrə həkim psixoloq İlhamə Balakişiyevanın sözlərinə görə, ailələrin çoxu psixoloji sonsuzluğun nə olduğundan xəbərsizdirlər:
{banner_reklam}
"Bəzən insanlar elə düşünürlər ki, cütlük arasında cinsi birləşmə baş verirsə, hamiləlik olmalıdır. Başqa səbəb haqda heç düşünmürlər.
Pasiyent əksər halda bütün müayinələrdən keçir. Uşaq olmaması üçün heç bir səbəb göstərilmir. Bəs qadın niyə hamilə qalmır? Bu zaman dərhal psixoloji sonsuzluq haqda düşünmək lazımdır. Psixoloji sonsuzluq elə bir faktordur ki, bəzən bütün sonsuzluğun başlıca səbəbini təşkil edir. Ümumi sonsuzluğun 5-10 faizini təşkil edir. Əgər pasiyentdə xarici və daxili cinsi orqanlarında daxili, sinir sistemi xəstəlikləri yoxdursa, bu zaman psixoloji sonzuluq barədə düşünülməlidir. Bunun da növləri və onları da yaradan səbəblər var. Əsas faizini təşkil edən növlərindən biri vaginizmdir.
Digər xəbərləri oxu: Bakıda DƏHŞƏT! Axtarışa verilən sevgililərin meyiti maşından tapıldı-18+ VİDEO
Dəhşətli görüntü: Timsahın qarnından hissələrə ayrılmış qız çıxdı -Real kadrlar
Vaginizm kiçik çanaq əzələlərinin və aşağı ətraf əzələlərinin və bəzən də bütün bədən əzələlərinin birlikdə yığılmasıdır. Bu, uzunmüddətdir, qapalı qalan mövzudur. Qardaş Türkiyədə bu hal 10 evlilikdən birini, Azərbaycanda isə 5 evlilikdən birini təşkil edir. Nədənsə bu məqamlar gizlədilir və cütlüklər illərlə müalicə alırlar və effektini görmürlər. Neçə ildən sonra bu ortaya çıxır”.
Vaginizmin sırf psixoloji problem olduğunu vurğulayan psixoloq, onu yaradan səbəblərdən də danışıb: "Bunun üçün pasiyentlə danışıb söhbəti analiz edirik. Yaşadıqları mühit, ailə münasibətləri, sevgi doyumsuzluğu bu vəziyyəti yaradan səbəblərdən sayılır. Get-gedə müraciət edənlərin sayı artır və görürük ki, bununla bağlı digər şikayətlər də üzə çıxır. Bunun üçün deyirəm ki, sevgi ilə hər şeyi sağaltmaq olar. Bu, ayıb xəstəlik deyil. Bəzən isə ailələr belə xanımın arxasında durmur. Və qeyri-adi, günahkar kimi baxırlar. Həmin xanıma müdaxilə edilmir. Gizlədilir. Cəmiyyətdə problem olan kimi qadının üzərinə düşürlər, amma bu problemlə gələn pasiyentlərin əksəriyyətində aşkar etmişəm ki, əsas problemin başlanğıcı ana ilə övladın arasında münasibətin düzgün qurulmamasıdır. Vaginizm ailədən gələn səbəblərdən daha çox yaranır. Valideynlər övladlarına adətən 6 yaşdan sonra diqqəti az göstərirlər. Bu da problemin ilkin başlanğıcı sayılır”.
"Belə xəstəliyin olmasına inanmayanlar da var”.
İlhamə həkim bildirir ki, bəzi pasiyentlər inanmaq üçün bundan əziyyət çəkən digər xəstə ilə görüşmək istəyirlər:
"Bəzi hallarda da biz onları görüşdürürük. Onlarla danışdıqdan sonra rahatlayırlar.
Qeyd edim ki, əzələ yığılması elə vəziyyətdir ki, qadın onun qarşısını istəsə də ala bilməz. Bu adətən evlilik zamanı üzə çıxır. İnsanlar bunu bilərək maariflənməlidirlər ki, vaxtında həll edə bilsinlər”.
"Ailə ortamı, xəyanətkarlıq, tez soyuma, travmalar da psixoloji sonsuzluğa gətirib çıxarır. Qız uşaqlarına valideynlər tərəfindən diqqət daha çox olmalıdır.
4 ildən artıq qurulan ailə psixoloji sonsuzluqdan əziyyət çəkirdi. Və çox sevindim ki uzun müddətdən sonra onları gətirən məhz qayınana və qayınata idi. Bunu gizlətmədilər, həll etməyə çalışdılar. Nişanlı cütlüklər daha çox maariflənməlidirlər”, - deyə Balakişiyeva bildirib.
Bəs xəstəliyin müalicəsi varmı?
Həkim psixoloq sualı cavablandıraraq vaginizmin yalançı düşüncənin nəticəsi olduğunu vurğulayıb.
"Bu psixoloji xəstəlik müalicə olunandır. Əzələlərin açılması üçün lazımi psixoloji nüanslardan istifadə edirik. Müalicənin məqsədi vaginanın əzələlərinin yığılıb açılmasına kömək etməkdir. Müalicə müddətində pasiyenti doğru fikrə yönləndiririk. Əgər səbəb vaginizm deyil digər psixoloji sonsuzluğun növüdürsə, o zaman sırf psixoloji seanslardan istifadə edirik. Bəzən ailənin sadəcə məkan dəyişdirməsi problemi həll edir və həmin qadının artıq hamilə olduğunu eşidirəm.
Burada pasiyentin özünü necə təqdim etməsindən də çox şey asılıdır. Bəzən problem məhz özünü tanımamaqdan irəli gəlir”.
Oxu24.com
ŞƏRHLƏR