Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14185
az

Bakıda DƏHŞƏT! Axtarışa verilən sevgililərin meyiti maşından tapıldı

15:2604 İyun, 2019
2866
KRİMİNAL
  • A
Azərbaycanda evli və iki uşaq atası qeyri-rəsmi münasibətdə olduğu qadını bıçaqlayıb öldürüb, daha sonra intihar edib.

Oxu24.com  xəbər verir ki, Xoşqədəm Hidayətqızının Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramında faciənin təfərrüatları məlum olub.

1988-ci il təvəllüdlü Abbasov Vasif Əliyəddin oğlu ailəli olmasına baxmayaraq 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızı ilə eşq həyatı yaşayıb.

Cütlük bir neçə gün əvvəl itkin düşüb. Vasifin doğmaları "Səni axtarıram"a gələrək onun tapılması üçün kömək istəyiblər. Aygünün anası qızının axtarışları üçün Türkiyədən gələrək qızının axtarışları ilə polisə müraciət edib.

Həmçinin oxu:  Azərbaycanda dəhşət!Azyaşlı uşaq döyüldü,qulağı,ayaqları sındı-ƏSƏBİ ZƏİF OLANLAR BAXMASIN!

Arvadının kəndlisi ilə intim münasibətindən şübhələnən ərdən DƏHŞƏTLİ ƏMƏL: gizlənib gözlədi və...

Türk oğlanla intim görüntüsü yayılan azərbaycanlı qızdan biabırçı paylaşım-VİDEO 18+


Anası deyib ki, Vasif ona zəng edərək Aygünü bıçaqladığını xəbər verib və təcili şəkildə ona yetişməsini istəyib. Ana və ailə üzvləri 15 dəqiqə sonra Vasifin dediyi yerə yetişsələr də, onları orada tapmayıblar.  
 
Vasifin həyat yoldaşı Sevda efirə zəng vuraraq həyat yoldaşının Aygünlə münasibətlərindən xəbərdar olduğunu, lakin Vasifin hər zaman bunu inkar etdiyini bildirib.

{banner_reklam}

Aparıcı efirdə Vasif və Aygünün düşdüyü qəzanın görüntülərini nümayiş etdirib:

"Vasifin idarə etdiyi avtomobil qəzaya uğrayıb. Aygün də içərisində olub. Aldığım ilkin məlumata görə, Aygün, həqiqətən, bıçaqlanıb. Bəlkə də Vasif intihar edib".

Qeyd edək ki, 31 yaşlı Vasifin və 29 yaşlı Aygünün cəsədləri dünən Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində dərəyə yuvarlanan "Ravon Nexia" markalı avtomobildə aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, avtomobilin sürücüsü Vasif Abdullayev iyunun 1-də sevgilisi, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızını öz avtomobilində bıçaqlayıb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib. Hər iki şəxsin meyiti bu gün ərazidə aşkar edilərək çıxarılıb.

Həmçinin V.Abdullayev həmin avtomobili oğurladığı məlum olub. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.BAKU.WS




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Kərimlinin sürücüsü istintaqa şok ifadə verib
Bakıda gecə əməliyyat: Saxlanılanlar arasında qadınlar da var
Azərbaycanda biabırçılıq: Polis vəzifəli şəxsi qadınla intim əlaqədə olarkən tutub

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir