Oxu24.com xəbər verir ki, sənətçi sözləri İsmayıl Əsədov- Saleh Səbata, musiqisi İsmayıl Əsədova məxsus “Ehtiyacım var” mahnısını ekranlaşdırıb.
Klip sənətçinin Amerika səfəri zamanı lentə alınıb, rejissoru Elmar Bayramovdur. Layihədə ifaçının tərəf müqabili uzun illərdir əməkdaşlıq etdiyi məşhur dizayner Rüfət İsmayıldır. Ekran işi Aygün Kazımovanın rəsmi “Youtube” kanalında təqdim edilib. Klip az müddətdə 15 mindən çox baxış sayı toplayıb. Sosial şəbəkələrdə və şərh bölümündə A.Kazımovaya müsbət fikirlər əks olunan paylaşımlar edilib.
Qeyd edək ki, Rüfət Xalq artistinin “Haradasan” adlı layihəsində də yer alıb.
ŞƏRHLƏR