Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14696
az

\"Azdrama\" qastrola yollandı — Hamı avtobusla, Məleykə Əsədova təyyarəylə

14:0419 İyun, 2019
991
  • A
 
Akademik Milli Dram Teatrının kollektivi beynəlxalq teatr festivalında iştirak etmək üçün Gürcüstana yollanıb.

Teatrın mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Kutaisidə təşkil olunan “Thetrical İmereti” festivalında sənət ocağının repertuarında olan “Manqurt” tamaşası iyunun 19-da, “Cəhənnəm sakinləri” isə iyunun 20-də oynanılacaq.

Festivalın bağlanış tamaşası məhz Akademik Milli Dram Teatrının “Cəhənnəm sakinləri” tamaşası ilə olacaq. Bundan başqa teatrın beynəlxalq əlaqələrinin genişləndirilməsi, müştərək layihələrin həyata keçirilməsi üçün müxtəlif teatrlarla danışıqlar aparılacaq.

“Manqurt” tamaşasının bədii rəhbəri və quruluşçu rejissoru Anar Babalı, rejissoru (diplomant) İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənovdur.

Tamaşada əməkdar artistlər Mehriban Xanlarova (Nayman ana), Elşən Rüstəmov (Juan-juan), aktyorlar Ramin Şıxəliyev (Manqurt), Vüsal Mustafayev çıxış edəcək.

Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan “Cəhənnəm sakinləri” səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.
Yeni səhnə əsərində xalq artistləri Məleykə Əsədova (Qadın), Nurəddin Mehdixanlı (Qonaq) əməkdar artistlər Elşən Rüstəmov (Kişi), Mirzə Ağabəyli (Qonşu), aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev iştirak edəcəklər.

Qeyd edək ki, kollektiv qastrola avtobusla yollandığı halda, direktor Azər Paşa Nemətovla, xalq artisti Məleykə Əsədova təyyarəyə üstünlük veriblər.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı - Video
Hərbçi əri ilə boşanmamış  Musa ilə evləndi, barəsində cinayət işi açıldı - Təranə Qumral kimdir?
Əli Mirəliyevin əsl adı görün nə imiş —  VİDEO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur