Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11457
az

İlham Əliyevlə Paşinyanın görüşünün sürprizi - \"Dilqəm və Şahbaz Azərbaycana təhvil verilə bilər\"

19:0530 Mart, 2019
1690
  • A
Martın 29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında təkbətək görüş olub.



Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə görüşlə bağlı açıqlama verib. İlham Əliyev Paşinyanla insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdiklərini deyib. İlham Əliyev danışıqların formatının dəyişilməz qaldığını sözlərinə əlavə edib.

İlham Əliyevlə Paşinyanın görüşü barədə fikirlərini politoloq Nəsimi Məmmədli Yenicag.az-la bölüşüb.

Politoloq bildirib ki, dünən ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərliyi arasındakı Vyanada keçirilən görüş tərəflərin mövqeyində ciddi dəyişikliyə səbəb olmadı:

“Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan bu görüşə qədər bir neçə dəfə ötəri təmaslarda olsalar da, məhz Qarabağ danışıqları ilə bağlı ilk dəfə rəsmi görüşdülər.

Görüşdən öncəki siyasi-diplomatik situasiya tamamilə Ermənistanın xeyrinə olduğu üçün Paşinyan bu üstünlükdən maksimum yararlanmaq və ya bu üstünlüyü qoruyub saxlamağa çalışırdı. Onun qondarma “Dağlıq Qarabağ” respublikasının danışıqlarda tərəf kimi iştirakı ilə bağlı qeyri-real təklifi də diplomatik gediş idi. Azərbaycan bu təklifi qəbul etməsə belə, Ermənistan heç nə itirmirdi.

Danışıqlarda Ermənistanın diplomatik üstünlüyü olsa da Azərbaycan prezidenti özünü daha rahat hiss edirdi.

Paşinyan isə bu görüş öncəsi Azərbaycan ərazisində Ermənistanın təhlükəsizlik şurasının iclasını keçirməklə, Azərbaycana qarşı çox iddialı bəyanatlar verməklə həm Qarabağ ermənilərini, həm də Ermənistandakı siyasi rəqiblərini əsasən neytrallaşdırmışdı. Bu görüş ona ölkə daxilində öz siyasi-hüquqi planlarını həyata keçirmək üçün yaxşı fürsət oldu. Qərb və Rusiya ilə münasibətlərinə xələl gəlmədən, Azərbaycanla hərbi-siyasi gərginlikdə olmadan öz ölkəsində prosesləri davam etdirməyə nail olacaq”.

Görüşün pərdəarxasına toxunan Nəsimi Məmmədli Dilqəm və Şahbazın Azərbaycana təhvil verilməsini də istisna etməyib:

“Görüşdə İ.Əliyev və N.Paşinyan arasında 2 saat təkbətək, 1 saat isə ATƏT həmsədrlərinin iştirakı ilə müzakirə olunan məsələlərin təfərrüatları ictimaiyyətə aydın olmasa da, bəzi ehtimallar var.

“Xalqlarının sülhə hazırlanması” tezisi Ermənistandan fərqli olaraq Azərbaycan cəmiyyətində ciddi narahatlığa səbəb olmuşdu. Cəmiyyət haqlı olaraq indiki situasiyada bu tezisin ölkəmizə zərərli olduğunu düşünürdü. Son danışıqlarda tərəflərin bu məsələyə anlaşıqlı yanaşması və o yöndə işlərin aparılmasına razılaşması ölkəmiz üçün uğursuzdur.

Azərbaycan tərəfi üçün təsəlli sayıla biləcək məsələ budur ki, danışıqların formatı dəyişilməz qalıb. Yenə də danışıqlar ATƏT vasitəçiliyi ilə Azərbaycan-Ermənistan arasında aparılacaq və “Dağlıq Qarabağ” danışıqlarda tərəf kimi iştirak etməyəcək. Həmçinin, prinsipcə substantiv danışıqlar formatı da gündəmdədir.

Eyni zamanda danışıqların humanitar aksiyalarla dəstəklənməsi barədə də müəyyən razılıq olub. Çox güman ki əsir və girovların aqibəti, onların dəyişdirilməsi və ya azad edilməsi, habelə, Dilqəm və Şahbazın Azərbaycana təhvil verilməsi kimi məsələlər ətrafında razılaşmaların olduğu istisna edilmir”.

Sonda politoloq qeyd edib ki, hazırkı yerli və regional reallıqlarda mövcud status-kvonun davam etməsi hər iki hakimiyyətləri qane edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı
Prezident: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı