Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24
az

Bakıda bu qəbirlər kameralarla qorunur -

16:1627 Mart, 2018
1833
  • A
  Azərbaycanda qəbirlərə kameralar quraşdırılıb.

Oxu24.com Femida.az -a istinadən  xəbər verir ki, Səbail rayonunda yerləşən “Qurd qapısı” adlandırılan şəhər qəbiristanlığında bu tip məzarlara rast gəlmək mümkündür. Camaat arasında bura varlıların qəbiristanlığı da adlandırılır. Bu da səbəbsiz deyil. Çünki, qəbiristanlıqda məzarlar daha dəbdəbəli və bahalı materiallardan istifadə edilməklə hazırlanır.

Çəkiliş apardığımız müddətdə bəzi məzarlarda təhlükəsizlik kameralarının quraşdırıldığının şahidi olduq. Qəbiristanlıq işçiləri deyir ki, kameralar qəbir sahibləri tərəfindən quraşdırılır. Onlar bunu məzar daşlaların bahalı olması və qəbirlərin üzərinə qoyulan güllərin oğurlanması ilə izah edir.

Şəhər qəbiristanlığında heykəli qoyulmuş gəlin məzarından tutmuş, uşaq beşiyi formasında məzara, heykəllərə və günbəzlərə də rast gəlmək mümkündür. Qəbir daşlarının qiymətinə gəldikdə isə bir sadə qəbir daşı 3 min manatdan, 6 min manata qədər dəyişə bilir.

Qəbiristanlıqda bəzi məzarların sahibsizlikdən dağıldığını, bəzi yerlər isə indidən hasarlandığını da görmək olar.

Qəbiristanlıq işçilərinin sözlərinə görə, həmin hasarlanmış ərazilərin öz sahibi var, Bəzən belə yerlər bir neçə il əvvəl alınır və hasarlanır. Görünür, sağlığında özünə qəbir qazdıranlar ölülərinə qəbir qazdıranlardan daha çoxdur.

Qəbiristanlıqdan hazırlanmış sujeti təqdim edirik:





Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda bu qəbirlər kameralarla qorunur -

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı