Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4323
az

Paşinyan arvadını Moskvaya göndərir - Qarabağla bağlı məsələyə görə

19:3507 Avqust, 2018
1634
  • A
 Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı, jurnalist Anna Akobyan ötən ay başlatdığı Qarabağda sülh təşəbbüsünə görə yenə Moskvaya getməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, Anna Akobyan bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

“Biz artıq səfər hazırlayırıq. Bu təşəbbüs davam edir”-o bildirib.

Anna Akobyan ötən ay Moskvaya səfəri zamanı “Qadınlar sülh naminə” adlı vətəndaş təşəbbüsü başladıb. Təşəbbüsün məqsədi münaqişənin dinc yolla nizamlanmasına yardım etmək üçün müxtəlif sferalarda fəaliyyət göstərən qadınların Dağlıq Qarabağa səfərlərinin təşkil edilməsidir. Anna Akobyan Moskvada bir qrup qadın fəalla görüşündə bu sülh təşəbbüsünü Azərbaycana da çatdırmağı xahiş edib. Bildirib ki, münaqişənin kökünün nədə olmasının əhəmiyyəti yoxdur, əsas məsələ müharibəyə yox deməkdir. Paşinyanın arvadı azərbaycanlı və erməni əsgərlər arasında fərq qoymadığını da deyib.

Rəsmi Bakı bu təşəbbüsə cavab olaraq bildirib ki, Qarabağda sülhə nail olmağın yolu Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etməsindən keçir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı
Xankəndi belə dəyişdi - Yeni görüntülər - VİDEO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur