Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16001
az

Sumqayıtda həkim xəstədən rüşvət tələb edir:Pulun yoxdur,gəlmə bura

15:5922 İyul, 2019
1301
  • A
 
Sumqayıt şəhər sakini Aytəkin Bayramova dövlət xəstəxanasında həkimin onunla qeyri-etik rəftarını və pul tələb etməsininin kadrlarını redaksiyamıza göndərib.

Oxu24.com  xəbər verir ki, bu haqda A. Bayramova "yeniavaz.com"a danışıb.



O, bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Səhiyyə Şöbəsində fəaliyyət göstərən Uşaq Stomatoloji Klinikasına 9 yaşlı oğlunun dişi ağrıdığı üçün üz tutub:



"Uşağın dişinə baxan həkim mənə dedi ki, əvvəlcə "Rentgen"ə get. Mən də uşağı həmin şöbəyə apardım. Gülnarə həkimə bildirdim ki, uşağın dişini rentgenə salmaq lazımdır. Məndən 5 manat pul istədi.



Dedim ki, yoxumdur, həm də ki bura dövlətin klinikasıdır. O da mənə cavabında dedi ki, nə vaxt dövlətin mənə plyonka verər, onda gələrsən. O vaxta kimi bir də buraya gəlmə dedi. Mən də bura dövlətindir dedim.



O nalayiq sözlərdən istifadə edərək mənə cavab verdi. Mən də oradan uzaqlaşdım. Ancaq mən həmin anları mobil telefonumla lentə almışdım".



A. Bayramova dedi ki, bu hadisədən sonra Kəmalə xanımın, yəni, baş həkimin yanına getdim: "Vəziyyəti ona danışdım amma, onun cavabı məni daha da təəccübləndirdi.



Mənə bildirdi ki, bizdən bu pulu yuxarıdan tələb edirlər, bizlik deyil.



Biz hər il Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3 min manat ödəyirik. Bunu təkcə biz yox, bütün qurumlar ödəyir.



Biz də məcbur o pulu vətəndaşlardan alırıq. Baş həkim də mənə dedi ki, plyonkanı dövlət vermir".



Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumun mətbuat katibi Eyvaz Qocayev bildirdi ki, bu sadəcə əsassız bir ittihamdır:



"Bu doğru deyil. Belə bir şeydən söhbət gedə bilməz. Əsassızdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güllələnən məşhur ekstrasens Rəşad Atakişiyevlə bağlı proqnoz veribmiş — ŞOK VİDEO
Bakıda dövlət tədbirində QALMAQAL: Afaq Bəşirqızı konfransı tərk etdi - “Sizə ar olsun!
Bakıda biabırçılıq! Qız  erotik hərəkətlər edib oğlanları kafeyə çağırır

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur