‡агрузка...

Daşları sındıran POLİS GÖZLƏRİNƏ İNANMADI - ŞOK ƏMƏL+VİDEO

 
İspaniyanın paytaxtı Madrid yaxınlığında keçirilən əməliyyat zamanı polislər inanılmaz mənzərə ilə üzləşiblər.

Redaktor.az DHA agentliyinə istinadən xəbər verir ki, təhlükəsizlik əməkdaşları saxta daşların içində narkotik vasitələr aşkarlayıb. Bildirilir ki, şübhəlilər bərk maddələrlə daşlar hazırlayıb. Onların içi narkotik vasitələrlə doldurulub. Şübhəlilər uzun müddət narkotik vasitələrin ticarətini bu üsulla həyata keçirib. Lakin şübhəlilərin izinə düşən polis məsələnin üstünü açıb.

Hadisə ilə bağlı 11 nəfər saxlanılıb. Onlar Kolumbiya və Venesuela vətəndaşlarıdır. Narkotik vasitələrin İspaniyaya gətirilərək, buradan Avropaya göndərilməsi planlaşdırılıb.
loading...




Paylaş:


11-iyn, 2019 215
loading...

Loading...
loading...