Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
661
az

Dəstəmaz alan zaman İmam Əli nə deyirdi?

21:2915 Aprel, 2018
1567
  • A
 
Bir gün İmam Əli (ə) oğlu Muhəmməd Hənəfiyyənin yanına gəlir və buyurur: "Bir qab su gətir!"

Muhəmməd suyu gətirir və Həzrət (ə) əllərini yuyub buyurur: "Allahın adına təbərrük edirəm, Ondan yardım istəyirəm. Həmd Allaha məxsusdur ki, suyu pak və pak edən yaratmışdır".

Sonra suyu ağzında dolandırdı və buyurdu: "Allahım! O gün ki, Səninlə görüşəcəyəm, hüccətimi mənə təlqin et və dilimi zikrin üçün aç".

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, sonra su ilə burnunu yudu və buyurdu: "Allahım, behiştin iyini mənə haram etmə. Məni o kəslərdən qərar ver ki, behiştin ətrini hiss etsin".

Sonra üzünü yudu və buyurdu: "Allahım! O gün ki, günahkarlar qaraüzlüdürlər, məni ağ üzlü et. O gün ki, salehlər üzü ağdırlar, üzümü qara etmə".

Sonra sağ əlini yudu və buyurdu: "Allahım, əməl dəftərimi sağ əlimə və behiştdə əbədi qalmaq vərəqini sol əlimə ver. Məndən asan hesab götür".

Sonra sol əlini yudu və buyurdu: "Allahım, əməl dəftərimi sol əlimə vermə, onu boynumdan asma. Mən atəş parçalarından Sənə pənah aparıram".

Bu zaman mübarək başına məsh çəkdi və buyurdu: "Allahım, mənə rəhmət, bərəkət və əfv libasını geyindir".

Sonra iki ayaqlarına məsh çəkdi və buyurdu: "Allahım, o gün ki, qədəmlərim onda titrəyəcəkdir, addımlarımı Siratda sabit və möhkəm et. Səylərimi o şeylərdə qərar ver ki, Sən məndən razı olasan!"



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Astmanın dərmanı: şam qozasının mürəbbəsi - HAZIRLANMA QAYDASI
Çayın dəmlənilmə və içilmə qaydası
Hacıdan şok açıqlama: “Hamısı keçmiş həyat yoldaşlarımdır” – FOTO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur