Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
452
az

Cinsi əlaqə zamanı xoşagəlməz hiss, pis qoxu... – Vaginoz nədir?

11:5310 Aprel, 2018
3039
  • A
Bakterial vaginoz – 14 yaşından sonra qızların və qadınların tez-tez rastlaşdığı bakterial xəstəlikdir.

 
Ailem.az medicina.az-a istinadən xəbər verir ki, laktobakteriyalar anaerov mikroorqanizmlərlə birləşdikdə bakterial vaginoz yaranır. Bakterial vaginoz bir növ uşaqlıq yolunun disbakteriozu hesab olunur və zöhrəvi xəstəlik sayılmır.

 
Nədən yaranır?

 
Hər bir qadının mikroflorası olur. Normada uşaqlıq yolunun əsas mikroorqanizmləri laktobakteriyalardır. Laktobakteriyalar Gardnerella, Mobiluncus, Mycoplasma, Entecoccus kimi anaeorob mikroorqanizmlər qarışanda vaginoz inkişaf edir. Əsasən ginekoloji müdaxilədən sonra, vaginal şamlardan istifadə zamanı, antibiotik qəbulundan sonra yaranır. Hormonal balansı pozulan, zəif immunitetli, stresdə olan, tez-tez infeksion xəstəliklər keçirən qadınlarda çox yaranır. Tez-tez cinsi tərəf müqabilini dəyişən qadınlarda da risk çoxdur.

 
Əlamətləri:

 
Qoxulu axıntı, balıq qoxusu, qaşıntı, yanğı, cinsi əlaqə zamanı xoşagəlməz hiss

 
Antibiotiklə müalicə olmaz!



Adətən qardnerellezə görə vaginozu antibiotik – metronidazolla müalicə edirlər. Amma antibiotik səthi təsir edir, bakteriyanın güclü müdafiə mexanizmi var. Ona görə antibiotik qəbulu dayanandan sonra qısa müddətdə hər şey geri qayıdır.


İntim gigiyenaya əməl edin.

 
Vaginozun düşməni düzgün gigiyenadır ki, buna da hər qadın əməl etmir.

 
- İntim nahiyə sabunla yox, isti su və xüsusi intim vasitələrlə yuyulmalıdır. Onlar laktobakteriyalara zərər vurmur. Gündə 2-3 dəfə yuyunmaq lazımdır.


- Yuyunarkən suyun və əlin istiqaməti öndən arxaya doğru olmalıdır.


- Yuyunduqdan sonra kağız salfetdən yox, xüsusi dəsmaldan və ya parça salfetdən istifadə etmək lazımdır. Dəsmal tez-tez yuyulmalıdır.


- Menstruasiya vaxtı vanna qəbulu, basseyn və dənizdə çimmək olmaz. Gigiyenik bezləri də sutkada 4 dəfə dəyişmək lazımdır. Bu, qənaətcil olmasa da, bakteriyalardan qorunmaq üçün vacibdir.

 
- Özbaşına olaraq şprislə hər hansı məhlulla uşaqlıq yolunu yumayın. Öz aləminizdə dezinfeksiya edirsiniz, halbuki laktobakteriyaları yuyursunuz. Bu prosedur yalnız həkim tərəfindən ciddi səbəblərdə təyin olunur.


- Çalışın çiməndə intim nahiyəyə duş geli, köpüyü kimi vasitələr çox toxunmasın. Sabun köpüyü qədər turşu qələvini pozan vasitə yoxdur. Bu, intim orqanların müdafiəsini dağıdır, sabun maddələri uşaqlıq yolu ilə uşaqlıq borusu və uşaqlığa keçir, çox olduqda pozuntu və iltihab yaradır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı
Rusiyanın “Yamal” və “Azov” desant gəmiləri vurulub – KİV
Baş nazir taksi sürücüləri ilə bağlı qərar imzaladı

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur