Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13248
az

Müğənni Cəmilə deputat olmaq istəyir: Sizi ağ günə çıxardacam

18:0015 May, 2019
773
  • A
 
Şou-biznesdə “Elit-star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova deputat olmaq qərarına gəlib.

Bu barədə Lent.az-a açıqlamasında ifaçının özü deyib.

“Artıq təcrübəm, yaşım buna imkan verir. Deputat olmaq qərarına gəlmişəm. Çünki hazırda müğənnilər pərakəndədir. İndi hər kəs özü yazır, özü işinin dalınca qaçır. Kimi sponsor tapır, kimisi də tapmır. Amma çox savadlı aparıcı və müğənnilərimiz var ki, onlar bir kənarda qalıblar. Qərara gəldim ki, deputat seçilsəm, şəxsən həmin insanlara dəstək olacam. Mənə səs verin, səs verin ki, seçilim, sizlərə dəstək olum.

Mən seçiləndən sonra istedadı olanlar irəlidə olacaq. Müğənnilər indi çox pərakəndə olublar. Onları bir araya yığmalıyam, konsertlər təşkil etməliyəm. İndi hamısı toy bazarındadır. Toy üçün yaşamaq lazım deyil. Deputat olmağım üçün rəsmi müraciətlər etməyə hazırlaşıram. Düz 5 il Moskvada ali təhsil almışam, daha sonra vokal təhsilim olub. Yəni mən iş xanımı olmaq üçü yaranmışam. Mən seçilsəm, səsi olanlar ağ günə çıxacaq”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı
Rusiyanın “Yamal” və “Azov” desant gəmiləri vurulub – KİV
Baş nazir taksi sürücüləri ilə bağlı qərar imzaladı

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur