Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12883
az

Balonda kabab bişirməyin qaydası – Evdə, manqalsız, kömürsüz

20:2707 May, 2019
811
  • A
Kababın ətri uzaqdan insanı cəlb edərək, insanları iştahlandırır. Bu səbəbdən bir çoxları qonşular, ətraf kabab iyi çəkməsin deyə, həyətdə, eyvanda manqal qurub, kabab bişirmir.
 
Xüsusən Ramazan ayında bu zövqü yaşamaq olmur. Bəzənsə bina mənzillərində yaşayanlar ürəkləri istəyəndə kabab çəkə bilmir.
Oxu24.com sizə elə mənzil şəraitində, adi balonda manqaldakından heç də geri qalmayan, dadlı, yumşaq kabab hazırlamağın reseptini təqdim edir.

Bu metodla kababı elə günü bu gün bişirə bilərsiniz.

Lazımdır:

Quzu əti (yumşaq hissəsi) – 500 qr
Mineral qazlı su – 100 ml
Ət üçün basdırmalıq soğan – 2 ədəd
Limon suyu – 1 xörək qaşığı
Duz, istiot, hər hansı sous

Hazırlanması:

Ət adi kabab qaydasında basdırma olunur və 2 saat saxlanılır.

Xüsusi çubuqlara əti keçirirsiz, basdırmadan qalan soğanlı qarışımı balonun içinə tökürsüz. Sonra çubuqları balonun içinə yerləşdirib, balonun ağzını falqa ilə örtürsünüz.  

Balonu soyuq sobada ( əvvəlcədən qızdırmadan) qoyub,  180 dərəcədə 1 saat bişirirsiz.
Sonra sobanın qapağını açıb 15 dəqiqə saxlayın ki, balonu çıxaranda partlamasın.

Balonda kabab çox dadlı, yumşaq alınır. Ona manqal, kömür ətri vermək üçün balonun dibinə 1-2 ədəd kömür qoymaq olar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda dilənçi qızın qazancı eşidənləri şoka saldı: “Günə...” - VİDEO
Boşanan qadın 400 evlilik təklifi aldı: Görün nə etdi
Xadimə işlədi, ali məktəbi qırmızı diplomla bitirdi - Örnək həyat hekayəsi

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur