Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9636
az

Azərbaycanda ŞOK! Tanınmış şəxs bacısının sevgilisini öldürdü

12:1305 Fevral, 2019
827
  • A
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısının qeyri-rəsmi nikah münasibətində olduğu şəxsi döyə-döyə öldürməkdə təqsirləndirilən Ələkbər Ağakişiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Oxu24.com -un  "Report"a istinadən xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclasının fevralın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il iyun 28-də Xırdalan şəhərində baş verib. Belə ki, şəhər sakini Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı məlumat daxil olub.

Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla P.Həbibovun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ə.Ağakişiyev tərəfindən evində döyülüb öldürüldüyü müəyyən edilib.

Görülmüş tədbirlərlə Ə.Ağakişiyev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Ə.Ağakişiyev Azərbaycan Həndbol Federasiyasının beynəlxalq dərəcəli hakimidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur