Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9450
az

Restoranın yanında oğlana görüş təyin etdi, bıçaqlayıb öldürdü

12:1030 Yanvar, 2019
842
  • A
 
Lənkəranda gənc oğlan qətlə yetirilib.

Oxu24.com  xəbər verir ki. bu barədə Trend-ə Lənkəran rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, yanvarın 29-da Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini, 1997-ci il təvəllüdlü Şadman Balayevin öldürülməsi ilə bağlı rayon prokurorluğuna daxil olan məlumat əsasında dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.

Müəyyən edilib ki, 1995-ci il təvəllüdlü Heydər İlqar oğlu Əlili həmin gün səhər saat 10 radələrində Lənkəran rayonu ərazisindəki "Xan Lənkəran" restoranının yaxınlığında Ş.Balayevlə görüşüb. Aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı H.Əlili əlindəki bıçaqla Ş.Balayevin qarın nayihəsinə bir neçə zərbə vurmaqla onu öldürüb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Cinayət işi üzrə ilkin istintaq hərəkətləri həyata keçirilib, zəruri ekspertizalar təyin olunub.

Polis və prokurorluq əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində H.Əlili şübhəli şəxs qismində saxlanılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur