Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19660
az

Azərbaycanda dəhşət: Müəllimə şagirdə elə söz dedi ki, qızın əsəbdən ağzı əyildi

09:5309 Noyabr, 2019
1045
  • A
{banner_reklam}

Sosial şəbəkələrdə Sumqayıtdakı İnteqrasiya internat tipli gimnaziyada 7-ci sinif şagirdinin sinif yoldaşları tərəfindən döyülərək, sol gözünün çıxdığı barədə məlumat yayılıb.

Bildirilir ki, hadisə zamanı gimnaziyanın 7 a sinif şagirdi Nuriyeva Rəfiqə Elbrus qızının ağız nahiyəsi də əyilib və Sumqayıt Uşaq Xəstəxanasına yerləşdirilib.

APA TV-nin Sumqayıt bürosu hadisə ilə bağlı araşdırma aparıb. 13 yaşlı Rəfiqə Nuriyeva hadisəni belə nəql edib: “Birinci saat tarix dərsində baş verib. Sinif yoldaşım zarafatlaşdırmaq üçün hamıya vurub edəndə mənim də qolumdan vurmuşdu. Mən də əsəbiləşib gedib vurmaq istəyəndə müəlliməmiz də həmin an müəllimlər otağından çıxıb gəlirdi dərsinə. Onda müəllim gördü ki, mən başqa bir uşağın arxasınca qaçıram. Onda o, mənə “utanmırsan, bir oğlanın dalınca qaçırsan” deyəndə mən də əsəbiləşdim, onda ağzım əyilməyə başladı”.

{banner_reklam1}

Gimnaziyanın direktoru Ayət Kərimova hadisənin noyabrın 5-də olduğu bildirib və hər hansı bir döyülmə hadisənin olmadığını deyib.

Rəfiqənin atası Elbrus Nuriyev isə APA TV-yə uşağı məktəbə qoyduqdan bir saat sonra məktəbdən ona zəng olunduğunu söyləyib: “Bir saatdan sonra mənə zəng gəldi ki, bəs qorxmayın, uşağınızın sifətində əyilmə var, tez gəlin. Mən də tez gəldim məktəbə. Uşağı götürdüm, istiqamət verdilər ki, filan yerə getmək lazımdır. Getdik poliklinikaya, ordan da bizi yönəltdilər xəstəxanaya. Xəstəxanada da uşağın ağır olduğunu söylədilər. Və sonra yerləşdirdilər xəstəxanaya. Sonra uşaqdan soruşdum ki, nədən oldu. Dedi, məni uşaqlar əsəbiləşdirmişdi, belə bir şey hal oldu. Uşaqlar sonra dedi ki, səndə bu hallar var. Əsəbiləşməkdən bu əyrilik yarandı”.

Sumqayıt Uşaq Xəstəxanasından isə APA TV-yə bildirilib ki, Rəfiqə Nuriyevada gözlə görünəcək hər hansı xəsarət müşahidə olunmayıb: “5 noyabr 2019-cu il tarixdə uşaq xəstəxanaya üz sinirinin nevriti diaqnozu ilə daxil olub. Və hazırda da indiyə qədər bizdə müalicə alır. Yəni daxil olanda üz sinirinin nevriti diaqnozu qoyulub və bizdə o diaqnoz da təsdiqlənib. Hazırda da bütün nevroloji bütün müayinələr aparılır. Xəstənin vəziyyəti də stabildir. Hər hansı ağırlaşma da yoxdur”.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı