Şəmkirdə bir qadının iki nəfər tərəfindən döyülmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumtına görə, hadisə rayonun Alabaşlı kəndində baş verib.
Belə ki, kənd sakini 1966-cı il təvəllüdlü Bürcəliyeva Gülnarə Binnət qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Qadının sözlərinə görə o, boşanan əri və onun bacısı tərəfindən döyülüb. Qadının deməsinə görə bacısının onun boşandığı ərində gözü olub. Elə hadisədə tərəflər arasında bu səbəbdən baş verib.
Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR