Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18450
az

Bakıda dəhşətli qətl: Dənizçi evə qayıdarkən arvadını iki kişi ilə xəyanət zamanı tutdu

11:1530 Sentyabr, 2019
12035
  • A
 
Dünən Bakının Suraxanı rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

Bununla bağlı Oxu.Az-a Suraxanı rayonu hüquq-mühafizə orqanlarından məlumat verilib.

Səhər saat 11 radələrində Bülbülə qəsəbəsi 3-cü mədən küçəsi, ev 42-də 1968-ci il təvəllüdlü Aqşin Quliyev tanışı, 1972-ci il təvəllüdlü İlham Həşimova çoxsaylı bıçaq xəsarətləri yetirib.

Qeyd edək ki, meyitin müayinəsi zamanı onun sinə və qarın nayihələrində yaralar aşkarlanıb. Bundan başqa, qatil qurbanının boğazını kəsib.

Hadisədən sonra A.Quliyev cinayət yerindən qaçıb və qətli törətdiyi bıçağı götürərək, Binəqədi rayonuna başqa kişini qətlə yetirmək üçün gedib. Bütün bu təfərrüat A.Quliyevin saxlanılmasından sonra məlum olub.

Məlumdur ki, saxlanılan şəxs 15 gün dənizdə işləyib və 15 gün evdə olurmuş. O, uzun müddətdir həyat yoldaşı ilə əlaqələrdə şübhəli bildiyi İ.Həşimovu evinə dəvət edib. A.Quliyev saxlanılandan sonra dindirilmə zamanı bu məlumatı verib.

Qətldən sonra A.Quliyev həyat yoldaşının digər sevgilisini öldürməyə gedib. Həmin gün 13:10 radələrində A.Quliyev Binəqədi rayonu Qəmbərov küçəsinə gəlib. O, 1958-ci il təvəllüdlü Fizuli Şirinovun evinə daxil olaraq, ona hücum edib və bıçaqlayıb.

Hadisə nəticəsində F.Şirinov sinəsindən bıçaqlanıb. Bundan başqa, A.Quliyev F.Şirinovun oğlu, 1999-cu il təvəllüdlü Elçin Şirinovu da yaralayıb. Hər iki yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. F.Şirinovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi başlanılıb. İş materialları araşdırılmaq üçün Bakı şəhər Prokurorluğuna təhvil verilib.

 
Həmçinin oxu:  Nazilə Səfərlidən ŞOK sözlər: Ərim Aygün Kazımova ilə...+VİDEO

Bakıda kirayədə qalan qızdan ŞOK əməl: İşə polis qarışdı


{banner_reklam1} Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO