Qusar rayonu ərazisində ana və yeni doğulan uşağın meyiti tapılıb.
Oxu24.com -un APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Suvacal kəndində qeydə alınıb.
Kənd sakini 27 yaşlı Ema Ağamuradova yaşadığı evin ərazisində uşaq dünyaya gətirdikdən sonra ölüb. Onun və dünyaya gələn uşağın meyiti aşkarlandıqdan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.
REKLAM
Uşağın dünyaya ölü gəldiyi bildirilir.
Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR