Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14451
az

16 yaşlı yeniyetmə kişini bıçaqladı: Anasına “balam” deyib

12:4412 İyun, 2019
785
  • A
 
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 2002-ci il təvəllüdlü Əli Qasımovun (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Elan olunmuş ittihamla Əli özünü təqsirli bilib. Hadisə baş verən vaxt Əlinin 16 yaşı olub. O, Elvin Əliyevi namus üstündə vurduğunu deyib.

"Anamla telefonda danışırdı. Mən də şübhələndim. Sonra səs yazısına qulaq asdım. Bir kişi bir qadına münasibət qurmaq üçün nə demək lazım idisə, deyirdi. Ən çox da sonuncu sözünə görə onu vurdum”, - deyə Əli bildirib.

Həmçinin oxu:  Bakıda fahişəliklə məşğul olan qadın yaxalandı – CİNAYƏT İŞİ AÇILDI

Azərbaycanda namus cinayəti: kəndə qayıdan kişiyə 20 güllə vurdu



"Sonda sağollaşanda anama dedi ki, sağ ol, balam. Bu sözdən sonra əsəbiləşdim. Zəng edib görüşmək istədiyimi dedim. Sumqayıtda "ASAN xidmət”in arxasında görüşdük. Mən ondan bu hərəkətinin səbəbini soruşdum. İnkar elədi. Mən də ona dedim ki, kimsə sənin anana belə hərəkət etsə, xoşuna gələr? Sonra mübahisə elədik. Bıçağı çıxarıb onu vurdum”.

Məhkəmədə zərərçəkmiş Elvin Əliyev də dindirilib. Hazırda səhhətində heç bir problem olmadığını deyən Elvin Əliyev təqsirləndirilən şəxsdən şikayəti olmadığını qeyd edib.  

Proses iyunun 18-də davam etdiriləcək.
 
///Oxu.Az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO