Sumqayıt sakini əmisini öldürüb, sonra isə mənzilə od vurub.
Xezerxeber.az-ın məlumatına görə, ötən gün Abşeron rayonu Xırdalan şəhərində baş vermiş dəhşətli yanğının təfərrüatları məlum olub.
"Gənclər Şəhərciyi" yaşayış kompleksindəki mənzillərin birində çarpayıda yanmış kişi meyiti aşkarlanmışdı.
Abşeron payon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişmiş Namiq Şıxməmmədovun sifət nahiyyəsində sınıq xəsarətləri var. Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu, 23 yaşlı Məzahir Şıxməmmədovun törətdiyi və izi itirmək məqsədilə mənzilə od vurduğu məlum olub. Hadisəni törədən şəxs Sumqayıt şəhər, 17-ci mikrorayondakı mənzilində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib.
Cinayətin üstü mərhumun 4-cü mərtəbədə tapılan mobil telefonu vasitəsilə açılıb. Saxlanılan şəxs hadisəni spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib. Əmisini ölümcül döyəndən sonra evi yandırıb və uzaqlaşıb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi açılıb, istintaq davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR