Alimlər xərçəng xəstəliyi əleyhinə saqqız hazırlayıblar
12 Noyabr 2026, 10:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
260
22.10.2026, 14:40
Diş çəkildikdən sonra boşluğun uzun müddət doldurulmadan saxlanılması çoxları tərəfindən əhəmiyyətsiz hal kimi qəbul edilir. Bəzi insanlar arxada yerləşən və ya gülərkən görünməyən dişin yerini boş qoymağın heç bir fəsadı olmayacağını düşünür. Lakin mütəxəssislər bildirir ki, tək bir dişin itirilməsi belə çeynəmə sisteminin balansını pozur və zamanla müxtəlif problemlərə yol açır. Bu fəsadlar çox vaxt dərhal hiss olunmur, lakin illər keçdikcə ciddi nəticələrə çevrilir.
Stomatoloq Məsud Murad mövzu ilə bağlı Oxu24.com-a açıqlamasında çəkilmiş dişin yerinin boş saxlanılmasının yarada biləcəyi mənfi halları izah edib. O bildirib ki, diş çəkildikdən sonra yaranan boşluq ətrafdakı dişlər üçün sabitliyin pozulması deməkdir. Həkimin sözlərinə görə, normal vəziyyətdə dişlər bir-birini dəstəkləyir və sıra bütövlükdə möhkəm qalır. Bu dəstək itdikdə isə dişlərin yerində qalması çətinləşir.
M.Murad vurğulayıb ki, çəkilmiş dişin yanındakı qonşu dişlər dərhal boşluğa doğru əyilməyə başlayır. Onun sözlərinə görə, bu proses zamanla daha da güclənir, dişlər öz oxundan çıxır, aralarında yeni boşluqlar və ya sıxlıq yaranır. Dişlərin belə əyilməsi qida qalıqlarının yığılmasına, diş ətinin zədələnməsinə və gələcəkdə yeni problemlərin yaranmasına şərait yarada bilər.
Stomatoloq qeyd edib ki, çəkilmiş dişin qarşısında yerləşən, yəni əks çənədəki dişlə bağlı problem də ciddi risk yaradır. Onun izahına görə, yuxarı çənədəki qarşı diş təzyiq görmədiyi üçün aşağıya doğru sallanır və kökündən yırğalanmağa başlayır. Çünki dişlər normal halda bir-birinə təmas edərək qarşılıqlı yük altında olur. Qarşı dişin dayağı itdikdə isə o, öz yerində möhkəm qala bilmir və zamanla itirilmə təhlükəsi ilə üzləşir. Beləliklə, bir dişin itirilməsi digər dişin də itirilməsinə səbəb ola bilər.
Həkim əlavə edib ki, zaman keçdikcə çeynəmə funksiyası birtərəfli hal alır. Adam yeməyi daha çox sağlam tərəfdə çeynəməyə alışır, boş qalan tərəfə isə yük salmır. Bu isə çənə oynağında yük artımına səbəb olur. M.Murat bildirib ki, nəticədə çənə oynağında, üzdə küy və ağrılar başlaya bilər. Çeynəmə zamanı oynaqda səs gəlməsi, çənənin yorulması və üz nahiyəsində narahatlıq bu prosesin əlamətlərindəndir.
Stomatoloq xüsusi olaraq vurğulayıb ki, tək bir dişin yoxluğu vaxtından əvvəl üzdə asimmetriyaya gətirib çıxara bilər. Onun sözlərinə görə, bir dişin olmaması bütün çənənin nizamını pozur. Dişlər və çənə sümüyü bir-biri ilə sıx əlaqədə fəaliyyət göstərir və bu əlaqənin pozulması üzün görünüşünə də təsir edir. Çəkilmiş diş nahiyəsində sümük toxuması zamanla azala, yanaqlar çökə, üz cizgiləri dəyişə bilər.
M.Murad vətəndaşlara tövsiyə edib ki, diş çəkildikdən sonra boşluğu uzun müddət boş saxlamasınlar, həkimlə məsləhətləşərək uyğun bərpa üsulunu seçsinlər. Onun fikrincə, itirilmiş dişin vaxtında bərpası həm çeynəmə funksiyasının qorunmasına, həm qonşu və qarşı dişlərin sağlamlığına, həm də üzün estetik görünüşünün saxlanılmasına imkan verir.
Stomatoloq əlavə edib ki, hər xəstənin vəziyyəti fərqli olduğu üçün müalicə planı fərdi şəkildə müəyyən edilməlidir. Buna görə də diş çəkilməsi zərurəti yarananda bərpa məsələsi də əvvəlcədən həkimlə müzakirə olunmalıdır. Mütəxəssis hesab edir ki, vaxtında atılan addım gələcəkdə daha mürəkkəb və baha müalicələrin qarşısını almağa kömək edir.
Nigar
13:59 / 12 Noyabr 2026
1
13:55 / 12 Noyabr 2026
15
13:45 / 12 Noyabr 2026
84
13:36 / 12 Noyabr 2026
128
13:29 / 12 Noyabr 2026
62
13:21 / 12 Noyabr 2026
75
13:20 / 12 Noyabr 2026
100
13:18 / 12 Noyabr 2026
256
13:16 / 12 Noyabr 2026
95
13:07 / 12 Noyabr 2026
294
13:04 / 12 Noyabr 2026
68
13:00 / 12 Noyabr 2026
67
12:40 / 12 Noyabr 2026
69
12:25 / 12 Noyabr 2026
101
12:05 / 12 Noyabr 2026
105
11:55 / 12 Noyabr 2026
107
11:50 / 12 Noyabr 2026
120
11:36 / 12 Noyabr 2026
95
11:35 / 12 Noyabr 2026
104
11:34 / 12 Noyabr 2026
157
11:31 / 12 Noyabr 2026
101
11:24 / 12 Noyabr 2026
535
11:21 / 12 Noyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.