Bu iynələr saçı tökə bilər
06 Oktyabr 2026, 21:14
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
52
06.10.2026, 22:10
Bəzi insanlar səhərlər yemək yemir.Bəs bu orqanizmə hansı zərbəni vura bilər?
Mövzu ilə bağlı Oxu24.com-a danışan qastroenteroloq, DNT dietoloq Nərmin Novruziva bildirib ki,Səhər yeməyi olmadıqda öd kisəsində problemlər yaranır.
"Öd kisənizdə həmin an nə baş verdiyindən xəbəriniz yoxdur.Gecə ərzində öd kisəsindəki öd 5–10 dəfə qatılaşır və daxildə toksik ikincili öd turşuları (dezoksixol, litoxol) toplanır. Səhər ilk yeməyi yemədikdə isə bu qatılaşmış öd kisədə qalır və daha da qatılaşmağa davam edir",-deyə həkim bildirib.
Səhər yeməyi olmadıqda nə baş verir?
Öd çöküntüsü, mikrodaşlar öd daşları yaradır. Öd mədəyə atılaraq selikli qişanı qıcıqlandırır (biliar reflüks).
Estrogen ləngiməsi: Qaraciyər işlənmiş estrogeni öd vasitəsilə atır. Öd durğunlaşdıqda estrogen qana geri sorulur; bu da mioma, mastopatiya, ağır PMS, bel ətrafında piylənmə və dəri solğunluğu yaradır.
Öd durğunluğunun səssiz siqnalları:
Səhərlər ağızda acılıq
Yağlı qidadan sonra sağ qabırğaaltında ağırlıq / küt ağrı
Yağlı qidalardan ürəkbulanma və ya narahatlıq
Açıq rəngli / yağlı nəcis və qəbizliyə meyllilik
Dərinin/göz ağlarının sarımtıl çaları, səhər şişkinlikləri
Gecə saat 1 və 3 arası səbəbsiz oyanmalar
Nə etməli?
Oyanışdan sonra 30–60 dəqiqə ərzində ilıq su qəbulu, faydalı yağlı səhər yeməyi (yumurta, avokado, zeytun yağı, qoz-fındıq) yemək ödün rahat xaric olmasını təmin edir.
Necə yoxlamalı?
Qanda GGT (optimum <15 olmalıdır), Qələvi Fosfataza analizləri və sınaq səhər yeməyi ilə Öd Kisəsinin USM müayinəsi vasitəsilə.
Jalə
22:38 / 06 Oktyabr 2026
1
22:35 / 06 Oktyabr 2026
45
22:30 / 06 Oktyabr 2026
99
22:28 / 06 Oktyabr 2026
37
22:25 / 06 Oktyabr 2026
47
22:22 / 06 Oktyabr 2026
2934
22:17 / 06 Oktyabr 2026
270
22:12 / 06 Oktyabr 2026
36
22:10 / 06 Oktyabr 2026
162
21:42 / 06 Oktyabr 2026
62
21:28 / 06 Oktyabr 2026
303
21:26 / 06 Oktyabr 2026
122
21:14 / 06 Oktyabr 2026
67
21:07 / 06 Oktyabr 2026
65
21:05 / 06 Oktyabr 2026
120
21:05 / 06 Oktyabr 2026
178
21:01 / 06 Oktyabr 2026
80
20:55 / 06 Oktyabr 2026
136
20:42 / 06 Oktyabr 2026
75
20:38 / 06 Oktyabr 2026
92
20:33 / 06 Oktyabr 2026
290
20:28 / 06 Oktyabr 2026
66
20:19 / 06 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.