Orqan transplantasiyasında əsas çatışmazlıq nədir? –Ekspert DANIŞDI
23 Oktyabr 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
248
08.09.2026, 18:16
Parkinson xəstəliyinin erkən diaqnostikası ilə bağlı aparılan yeni araşdırmalar diqqət çəkib. Alimlərin əldə etdiyi nəticələr xəstəliyin ilkin əlamətləri ortaya çıxmazdan illər əvvəl onun göz yaşı nümunəsi vasitəsilə müəyyənləşdirilməsinin mümkün ola biləcəyini göstərir.
Araşdırmalara əsasən, Parkinson xəstələrinin göz yaşında xəstəliklə əlaqəli patoloji alfa-sinuklein zülalının aktivliyini müəyyən etmək mümkündür. Xüsusi “seeding amplification” metodundan istifadə edilərək aparılan analizlər zamanı Parkinson xəstələrinin göz yaşı nümunələrinin təxminən 67 faizində patoloji aktivlik aşkarlanıb.
Mütəxəssislərin fikrincə, sinukleinopatiyası olmayan nəzarət qrupunda isə bu aktivliyə rast gəlinməyib. Bu nəticə göz yaşının gələcəkdə Parkinson xəstəliyinin erkən diaqnostikasında istifadə oluna biləcəyinə dair ümidləri artırır.
Alfa-sinuklein Parkinson xəstəliyinin inkişafında mühüm rol oynayan patoloji zülallardan biri hesab olunur. Tədqiqatçılar bu zülalın patoloji aktivliyini müəyyən etməklə xəstəliyin daha erkən mərhələdə aşkarlanması imkanlarını araşdırırlar.
Son illərdə Parkinson xəstəliyinin yalnız beyinlə əlaqəli olmadığı, xəstəliyin inkişafında bağırsaq-sinir sistemi oxunun və bağırsaq mikrobiotasının da rol oynaya biləcəyi ilə bağlı araşdırmalar aparılır.
Elmi tədqiqatlarda bağırsaq mikrobiotasında baş verən dəyişikliklərin Parkinson xəstəliyinin həm motor, həm də mədə-bağırsaq simptomlarına təsir göstərə biləcəyi qeyd olunur. Bu istiqamətdə aparılan araşdırmalar xəstəliyin yaranma və inkişaf mexanizmlərinin daha dərindən öyrənilməsinə imkan yaradır.
Mövzu ilə bağlı uzman həkim Nailə Ələkbərova bildirib ki, aparılan elmi araşdırmalar gələcəkdə Parkinson xəstəliyinin diaqnostikasında yeni üsulların tətbiqinə imkan yarada bilər.
Onun sözlərinə görə, tədqiqatlar yalnız göz yaşı ilə məhdudlaşmır. Bağırsaq-sinir sistemi oxu və mikrobiotada baş verən dəyişikliklər də xəstəliyin erkən mərhələdə müəyyənləşdirilməsi baxımından mühüm istiqamətlərdən biri hesab olunur.
23:16 / 24 Oktyabr 2026
130
22:52 / 24 Oktyabr 2026
98
22:34 / 24 Oktyabr 2026
94
22:14 / 24 Oktyabr 2026
80
22:05 / 24 Oktyabr 2026
259
21:42 / 24 Oktyabr 2026
1530
21:28 / 24 Oktyabr 2026
87
21:12 / 24 Oktyabr 2026
92
21:07 / 24 Oktyabr 2026
88
20:52 / 24 Oktyabr 2026
87
20:34 / 24 Oktyabr 2026
92
20:31 / 24 Oktyabr 2026
874
20:12 / 24 Oktyabr 2026
98
20:05 / 24 Oktyabr 2026
99
19:55 / 24 Oktyabr 2026
91
19:40 / 24 Oktyabr 2026
94
19:09 / 24 Oktyabr 2026
130
18:55 / 24 Oktyabr 2026
89
18:40 / 24 Oktyabr 2026
104
18:27 / 24 Oktyabr 2026
100
18:20 / 24 Oktyabr 2026
400
18:13 / 24 Oktyabr 2026
575
18:07 / 24 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.