Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
297
08.09.2026, 14:00
Hemoqlobinin aşağı olması, yəni anemiya cəmiyyətdə daha çox tanınan sağlamlıq problemlərindən biridir. Lakin hemoqlobin səviyyəsinin normadan artıq yüksəlməsi də ciddi fəsadlara səbəb ola bilər.
Mütəxəssislərin sözlərinə görə, qanda hemoqlobinin yüksək olması bəzi hallarda müxtəlif xəstəliklərin, o cümlədən ürək-damar və tənəffüs sistemi problemlərinin, eləcə də digər ciddi patologiyaların əlaməti kimi ortaya çıxa bilər.
Bəzi insanlarda hemoqlobin səviyyəsinin 180-200 qram/litrə qədər yüksəlməsi müşahidə olunur. Belə vəziyyətin səbəbi mütləq araşdırılmalı və müvafiq müalicə aparılmalıdır.
Qanın qatılığının artması qan dövranının pozulmasına, damarlarda trombların yaranmasına və müxtəlif ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən hemoqlobinin normadan yüksək olması diqqətdən kənarda qalmamalıdır.
Mütəxəssis nə deyir?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən pediatr-hematoloq Dr. Mireldar Babayev bildirib ki, yüksək hemoqlobin ciddi xəstəliklərin göstəricisi ola bilər:
“Baxırsan ki, adamın üzünə, bir növ, elə bil ki, insandan qan dammır. Qan ağlıq, qıpqırmızı, hətta gözün özünün sklerası belə qıpqırmızı olur. Və əlbəttə, bu, xəstəlikdir, ciddi xəstəlikdir. Bunun hökmən səbəbi araşdırılmalı və düzgün, müvafiq müalicə təyin olunmalıdır”.
Mütəxəssis qeyd edib ki, qanda hemoqlobinin yüksək olması sadəcə müvəqqəti və ya xarici görünüşlə bağlı dəyişiklik kimi qiymətləndirilməməlidir. Bu vəziyyətin arxasında müxtəlif patoloji proseslər dayana bilər.
Bu cür əlamətlər müşahidə edən şəxslərin vaxt itirmədən həkimə müraciət etməsi və lazımi müayinələrdən keçməsi tövsiyə olunur.
Jalə
16:05 / 14 Noyabr 2026
19
15:45 / 14 Noyabr 2026
62
15:27 / 14 Noyabr 2026
201
15:25 / 14 Noyabr 2026
84
15:07 / 14 Noyabr 2026
160
15:05 / 14 Noyabr 2026
98
14:44 / 14 Noyabr 2026
126
14:31 / 14 Noyabr 2026
99
14:24 / 14 Noyabr 2026
493
14:19 / 14 Noyabr 2026
102
14:15 / 14 Noyabr 2026
96
14:09 / 14 Noyabr 2026
237
13:50 / 14 Noyabr 2026
2236
13:48 / 14 Noyabr 2026
125
13:16 / 14 Noyabr 2026
121
13:03 / 14 Noyabr 2026
108
12:49 / 14 Noyabr 2026
136
12:25 / 14 Noyabr 2026
127
12:09 / 14 Noyabr 2026
135
11:58 / 14 Noyabr 2026
131
11:50 / 14 Noyabr 2026
119
11:39 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.