Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
298
08.09.2026, 14:10
Xolesterin orqanizmin normal fəaliyyəti üçün vacib olan yağabənzər maddələrdən biridir. O, hüceyrə divarlarının formalaşmasında, müəyyən hormonların və D vitamininin sintezində iştirak edir. Lakin qanda xolesterinin, xüsusilə də “pis xolesterin” kimi tanınan LDL-nin səviyyəsinin yüksəlməsi ciddi sağlamlıq problemlərinə yol aça bilər.
LDL xolesterinin normadan artıq olması damar divarlarında xolesterin yığıntılarının əmələ gəlməsinə səbəb ola bilər. Bu proses aterosklerozun inkişafına, nəticədə isə infarkt və insult kimi ağır fəsadların yaranmasına zəmin yaradır.
Mütəxəssislər xolesterin səviyyəsinə nəzarətlə yanaşı, sağlam həyat tərzinin də əhəmiyyətini vurğulayırlar. Trans yağlardan, həddindən artıq şəkərli və emal olunmuş qidalardan uzaq durmaq, liflə zəngin tərəvəz və meyvələrə, tam taxıllı məhsullara, zeytun yağı və balıq kimi faydalı yağ mənbələrinə üstünlük vermək tövsiyə olunur. Fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaq da damar sağlamlığının qorunmasında mühüm rol oynayır.
“Xolesterin yüksəkdirsə, mütləq dərman içilməlidir”
Mövzu ilə bağlı Oxu24.com-a danışan həkim-kardioloq Aynur Məmmədova bildirib ki, xolesterinin müalicəsində yalnız analiz nəticələrinə əsaslanmaq düzgün deyil.
“Biz rəqəmlərə deyil, ilk öncə pasiyentin kim olmasına fokuslanırıq. Yəni, bu insanda açıq ürək əməliyyatı olunubmu, damarlarında stent varmı, yüksək təzyiqi varmı, artıq çəkisi varmı, irsiyyətində belə bir problem olubmu və sairə. Bunları araşdırdıqdan sonra həmin pasiyentə uyğun proqram təyin edirik”, – deyə kardioloq qeyd edib.
Həkimin sözlərinə görə, xolesterinin yüksək olması hər zaman dərman müalicəsinin vacib olduğu anlamına gəlmir:
“‘Xolesterinim yüksəkdirsə, mən dərman içim’ – bu düzgün deyil. Çünki elə yüksək göstəricilər olanlar var ki, onları biz yalnız pəhrizlə və düzgün həyat tərzi ilə qaydasına qoyuruq. Elə daha aşağı göstəricilər var ki, onlara mütləq dərman təyin edirik”.
Aynur Məmmədova bildirib ki, müalicə qərarı pasiyentin ümumi sağlamlıq vəziyyəti, risk faktorları və yanaşı xəstəlikləri nəzərə alınaraq həkim tərəfindən müəyyənləşdirilməlidir.
“Əvvəlcə müayinə olunmalı, daha sonra isə müvafiq müalicə təyin olunmalıdır”, – deyə kardioloq əlavə edib.
Jalə
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.