Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
373
07.09.2026, 16:05
Günümüzdə bir çox insan yüngül baş, əzələ və ya oynaq ağrısı hiss etdikdə həkimlə məsləhətləşmədən, özbaşına ağrıkəsicilərə müraciət edir. Lakin gündəlik həyatda tez-tez istifadə olunan bu adi preparatlar orqanizm üçün gözlənilməz və ciddi təhlükələr yaradır. Mütəxəssislərin xəbərdarlığına görə, nəzarətsiz qəbul edilən ağrıkəsicilər yalnız simptomları müvəqqəti gizlədir, arxa fonda isə arterial təzyiqin kəskin yüksəlməsinə və qanda şəkərin artmasına birbaşa şərait yaradır. Bir çox pasiyent səhhətində yaranan mənfi dəyişikliklərin məhz qəbul etdiyi bu həblərlə bağlı olduğunu anlamır və öz fərqində olmadan orqanizminə ağır zərbə vurur. Əslində isə ağrını sadəcə kəsməyə çalışmaq xəstəliyin kökünü dərinləşdirir və gələcəkdə qaraciyər zədələnməsi, allergik reaksiyalar kimi daha təhlükəli fəsadlara yol açır. Bəs ağrı zamanı nə etməli və hansı preparatlara üstünlük verilməlidir?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən kardioloq Aynur Məmmədova həyəcan təbili çalaraq vacib məqamları diqqətə çatdırıb:
"Əksər insanlar nəzarətsiz olaraq ağrıkəsicilərdən istifadə edirlər. Lakin bu dərmanlar həm arterial təzyiqin, həm də hətta qanda şəkərin qalxmasına səbəb ola bilər. Pasiyentlər özləri də fərqinə varmadan orqanizmlərinə ciddi zərər verirlər. Baş ağrısı, əzələ və ya yüngül oynaq ağrıları zamanı parasetamol əsaslı dərmanlar yetərlidir”.
Həkim qeyd edib ki, əgər həqiqətən ağrıkəsiciyə ehtiyac varsa, ilk növbədə qızdırmasalıcı dərmanlardan istifadə edilə bilər, çünki onların da az da olsa ağrıkəsici effekti var:
“Lakin nəzərə almaq lazımdır ki, adətən yaxşı tolerə olunsa da, bəzi hallarda allergik reaksiyalar və qaraciyər zədələnməsi baş verə bilər. Xüsusilə qaraciyər xəstəliyi olanlar, spirtli içki qəbul edənlər və ya digər dərmanlar istifadə edənlər mütləq həkim məsləhəti ilə hərəkət etməlidirlər. Unutmayın ki, ağrı varsa, onun kökündə duran ana səbəbi araşdırmaq və ona qarşı müalicə aparmaq vacibdir”.
Onun sözlərinə görə, tibbi araşdırmalar göstərir ki, xüsusilə qeyri-steroid iltihabəleyhinə preparatlar (NSAİD) orqanizmdə böyrəklərin işinə və damar tonusuna birbaşa təsir edir. Bu dərmanlar orqanizmdə maye və duz tutulmasına səbəb olur ki, bu da qan həcmini artıraraq arterial təzyiqin yüksəlməsi ilə nəticələnir. Eyni zamanda, damarların genişlənməsinə kömək edən maddələrin bloklanması təzyiq xəstələrində vəziyyəti daha da gərginləşdirir.
A.Məmmədova əlavə edib, ağrıkəsicilərin lazımsız və yüksək dozada qəbulu qaraciyər toxumalarında toksik zədələnmələrə gətirib çıxara bilir:
“Xüsusilə xroniki xəstəliyi olan şəxslərdə və ya müntəzəm digər dərmanlar qəbul edənlərdə bu risk dəfələrlə artır. Orqanizmdə yaranan maddələr mübadiləsi pozuntusu fonunda qanda şəkərin də kəskin tərəddüdləri müşahidə edilə bilər”.
Həkim tövsiyə edib ki, təzyiq və şəkər xəstələri hər hansı bir ağrıkəsici həb qəbul etməzdən əvvəl mütləq mütəxəssislə məsləhətləşməlidir. Ağrı orqanizmin verdiyi bir siqnaldır. Simptomu aradan qaldırmaq yerinə, onun yaranma səbəbi diaqnostika olunmalıdır. Parasetamol tərkibli yüngül preparatlar belə, müəyyən edilmiş sutkalıq dozadan artıq qəbul edilməməlidir.
Jalə
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.