Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
296
07.09.2026, 15:39
İnsan orqanizmində baş verən emosional dəyişikliklər fiziki və kimyəvi səviyyədə də müəyyən izlər buraxa bilər. Stress, əsəbilik və digər emosional gərginliklər zamanı orqanizmdə bir sıra hormonal dəyişikliklər baş verir.
Bəs insanın psixoloji vəziyyəti qan analizlərində özünü göstərə bilərmi?
Həkim Mir Eldar Babayev Oxu24.com-a açıqlamasında mövzu ilə bağlı mühüm məqamlara toxunub.
Mütəxəssis bildirib ki, qan analizləri bəzi hallarda insanın psixoloji vəziyyəti ilə bağlı müəyyən göstəricilər haqqında məlumat verə bilər:
“Qan həm də insan psixologiyasından xəbər verə bilər. Qan analizi yalnız xəstəlikləri deyil, eyni zamanda psixoloji vəziyyətimizi də müəyyən dərəcədə əks etdirə bilər. Məsələn, stress zamanı kortizol səviyyəsi yüksəlir. Depressiya zamanı isə serotonin və dopaminlə bağlı dəyişikliklər müşahidə oluna bilər. Bu baxımdan, gələcəkdə qan testləri yalnız bədən sağlamlığını deyil, psixoloji vəziyyəti izləmək üçün də əlavə vasitələrdən birinə çevrilə bilər”.
Mütəxəssisin sözlərinə görə, insan gərgin və əsəbi vəziyyətdə olduqda böyrəküstü vəzilər tərəfindən stress hormonları – kortizol və adrenalin ifraz olunur:
“Bu proses ürək döyüntüsünün sürətlənməsi, qan təzyiqinin yüksəlməsi və orqanizmin stressə cavab reaksiyasının güclənməsi ilə nəticələnə bilər.
Əksinə, insan özünü xoşbəxt və rahat hiss etdikdə orqanizmdə serotonin, dopamin və endorfin kimi neyrotransmitter və hormonların fəaliyyəti dəyişir. Bu maddələr insanın əhval-ruhiyyəsinə və ümumi fizioloji vəziyyətinə təsir göstərir”.
Psixoloji vəziyyət qan analizi ilə müəyyən edilə bilərmi?
Həkim qeyd edib ki, tibbin inkişafı gələcəkdə psixi pozuntuların, depressiv hallar və xroniki stressin müəyyən edilməsində laborator müayinələrin rolunu artıra bilər:
“Bununla belə, qan analizinin hazırda insanın psixoloji vəziyyətini təkbaşına müəyyən edən diaqnostik vasitə olmadığını nəzərə almaq vacibdir. Psixoloji və psixiatrik qiymətləndirmə üçün mütəxəssis müayinəsi və digər diaqnostik üsullar da tələb olunur”.
Nigar
00:40 / 14 Noyabr 2026
14
00:02 / 14 Noyabr 2026
258
23:58 / 13 Noyabr 2026
67
23:49 / 13 Noyabr 2026
64
23:40 / 13 Noyabr 2026
77
23:28 / 13 Noyabr 2026
78
23:22 / 13 Noyabr 2026
87
23:17 / 13 Noyabr 2026
90
23:09 / 13 Noyabr 2026
100
23:05 / 13 Noyabr 2026
91
23:02 / 13 Noyabr 2026
94
22:53 / 13 Noyabr 2026
103
22:49 / 13 Noyabr 2026
98
22:41 / 13 Noyabr 2026
96
22:36 / 13 Noyabr 2026
115
22:18 / 13 Noyabr 2026
104
22:13 / 13 Noyabr 2026
104
22:03 / 13 Noyabr 2026
619
21:43 / 13 Noyabr 2026
947
21:36 / 13 Noyabr 2026
109
21:29 / 13 Noyabr 2026
136
21:24 / 13 Noyabr 2026
334
21:03 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.