Geyimlər niyə dəridə dərin iz qoyur? - Hansı xəstəliyin əlaməti ola bilər?
12 Sentyabr 2026, 21:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
133
07.09.2026, 15:10
Cəmiyyətdə geniş yayılan yanlış inanclardan biri də az miqdarda qəbul edilən spirtli içkilərin guya insan orqanizminə faydalı olduğu fikridir. Çox vaxt insanlar stresdən azad olmaq, həyəcanı unutmaq və ya yuxunu rahatlaşdırmaq üçün spirtli içkilərə müraciət edirlər. Hətta uzun illər gündə bir qədəh qırmızı şərab içməyin ürək-damar sisteminə müsbət təsir etdiyi iddiası tibbi dairələrdə belə təbliğ olunurdu. Lakin son elmi tədqiqatlar və müasir tibbi müşahidələr bu yanaşmanın tamamilə səhv olduğunu ortaya çıxarıb. Müfəssəl araşdırmalar göstərir ki, spirtin az və ya çox miqdarda qəbul edilməsindən asılı olmayaraq, o, orqanizm üçün sırf toksik maddə hesab olunur. Mütəxəssislər bildirirlər ki, alkoqol beyin hüceyrələrini zəhərləyərək geri dönməz nevroloji fəsadlara və ağır xəstəliklərə yol açır.
Mövzu ilə bağlı Oxu24.com-a məsələnin elmi və tibbi tərəflərini şərh edən uzman həkim Dr. Nailə Ələkbərova spirtli içkilərin insan beyninə və ümumi sağlamlığına vurduğu sarsıdıcı zərbələri açıqlayıb.
"Alkoqol gida və ya vitamin deyil, neyrotoksindir"
Mütəxəssis bildirib ki, bir çox insan alkoqolu rahatlamaq, əhval-ruhiyyəni qaldırmaq və ya yuxuya getməyi asanlaşdırmaq üçün bir vasitə kimi görür. Lakin real mənzərə tamamilə fərqlidir:
•Beynin zəhərlənməsi: Alkoqol qəbul edildikdə beyin bunu dərhal neyrotoksin (sinir sistemi üçün zəhər) kimi qəbul edir və sinir əlaqələrini zəiflədir.
•Yuxu rejiminin pozulması: Spirt insanı tez yuxuya aparsa da, yuxunun ikinci və en vacib olan dərin fazasını tamamilə pozur. Nəticədə insan səhər yorğun, baş ağrısı, halsızlıq və diqqət zəifliyi ilə oyanır.
•”Şərab faydalıdır" mifinin çökməsi: İllərlə "fransız paradoqsu" adı altında gündə bir qədəh şərabın ürəyə faydalı olması haqqında yayılan tədqiqatların yanlış olduğu elmi olaraq sübut olunub.
•Beynin kiçilməsi: Son MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinələri göstərir ki, hətta az və ya nadir hallarda alkoqol qəbul edən insanların beyin həcmində kiçilmə (atrofiya) baş verir.
Uzman həkim vurğulayıb ki, alkoqolun brendindən, qiymətindən və ya neçə illik olmasından asılı olmayaraq, hər bir qədəh organizm üçün zəhərdir. Davamlı və ya mütəmadi spirt qəbulu insult, ağır yuxusuzluq, yaddaş pozuntusu və müxtəlif nevroloji xəstəliklərin yaranmasına birbaşa təkan verir.
Jalə
00:51 / 13 Sentyabr 2026
24
00:35 / 13 Sentyabr 2026
132
00:14 / 13 Sentyabr 2026
312
00:06 / 13 Sentyabr 2026
149
23:49 / 12 Sentyabr 2026
62
23:38 / 12 Sentyabr 2026
116
23:34 / 12 Sentyabr 2026
63
23:31 / 12 Sentyabr 2026
58
22:35 / 12 Sentyabr 2026
65
22:31 / 12 Sentyabr 2026
59
22:26 / 12 Sentyabr 2026
92
22:25 / 12 Sentyabr 2026
130
22:22 / 12 Sentyabr 2026
76
22:14 / 12 Sentyabr 2026
79
22:13 / 12 Sentyabr 2026
581
22:02 / 12 Sentyabr 2026
290
21:52 / 12 Sentyabr 2026
146
21:34 / 12 Sentyabr 2026
286
21:25 / 12 Sentyabr 2026
1588
21:20 / 12 Sentyabr 2026
70
21:14 / 12 Sentyabr 2026
79
21:05 / 12 Sentyabr 2026
67
20:48 / 12 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.