Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
585
07.09.2026, 15:00
Ürək-damar xəstəlikləri dünyada ölüm və əlilliyin əsas səbəbləri arasında yer alır. Bu xəstəliklərin bir qismi uzun müddət simptomsuz inkişaf edə və yalnız fiziki gərginlik zamanı özünü büruzə verə bilər. Bu səbəbdən fiziki aktivlik zamanı yaranan təngnəfəslik, sinə nahiyəsində ağrı və ya yanma hissi, tez yorulma kimi əlamətlərin vaxtında qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Oxu24.com xəbər verir ki, invaziv kardioloq Üzeyir Rəhimov fiziki aktivliyin ürək-damar xəstəliklərinin ilkin əlamətlərinin müəyyənləşdirilməsində rolu barədə açıqlama verib.
Mütəxəssis bildirib ki, pasiyentlərə müntəzəm yerimək və pilləkən çıxmaq tövsiyəsinin səbəblərindən biri fiziki yüklənmə zamanı ortaya çıxan simptomların müşahidə edilməsidir:
“Pasiyentlərimizə çox gəzməyi, pilləkən çıxmağı tövsiyə etməyimizin əsas səbəblərindən biri ürək-damar xəstəliyinin ilk əlamətlərini üzə çıxarmaqdır. Yol gedərkən təngnəfəs olmaq, əvvəl rahat qət etdiyi məsafəni gedə bilməmək, fiziki hərəkət zamanı sinədə göynəmə və yanma hissinin yaranması ürək xəstəliyinin göstəricisi ola bilər”.
Həkim qeyd edib ki, çox zaman insanlar bu əlamətləri bildikləri üçün və reallığı qəbul etməmək məqsədilə fiziki aktivlikdən uzaqlaşırlar. ‘Mənim ağrım yoxdur’ deyərək həkimə müraciət etmirlər. Lakin hərəkət zamanı yaranan şikayətlərə diqqət yetirilməsi problemin daha erkən mərhələdə aşkarlanmasına imkan verə bilər:
“Oturaq vəziyyətdə və ya sakitlik zamanı hər zaman ağrı müşahidə olunmaya bilər. Halbuki insan pilləkən çıxdıqda və ya sürətli yeridikdə əvvəllər rahatlıqla qət etdiyi məsafəni gedə bilmirsə, təngnəfəslik və sinə nahiyəsində narahatlıq yaranırsa, bu əlamətlər həkim tərəfindən qiymətləndirilməlidir”.
“Vaxtında aparılan tibbi müayinə ürək-damar xəstəliklərinin erkən aşkarlanmasına və müvafiq müalicənin başlanmasına şərait yarada bilər. Bu baxımdan fiziki aktivlik yalnız sağlam həyat tərzinin mühüm komponenti deyil, eyni zamanda fiziki gərginlik zamanı meydana çıxan simptomların müşahidə edilməsi baxımından da əhəmiyyətlidir”,- deyə həkim fikrini tamamlayıb.
Nigar
00:40 / 14 Noyabr 2026
14
00:02 / 14 Noyabr 2026
258
23:58 / 13 Noyabr 2026
67
23:49 / 13 Noyabr 2026
64
23:40 / 13 Noyabr 2026
77
23:28 / 13 Noyabr 2026
78
23:22 / 13 Noyabr 2026
87
23:17 / 13 Noyabr 2026
90
23:09 / 13 Noyabr 2026
100
23:05 / 13 Noyabr 2026
91
23:02 / 13 Noyabr 2026
94
22:53 / 13 Noyabr 2026
103
22:49 / 13 Noyabr 2026
98
22:41 / 13 Noyabr 2026
96
22:36 / 13 Noyabr 2026
115
22:18 / 13 Noyabr 2026
104
22:13 / 13 Noyabr 2026
104
22:03 / 13 Noyabr 2026
619
21:43 / 13 Noyabr 2026
947
21:36 / 13 Noyabr 2026
109
21:29 / 13 Noyabr 2026
136
21:24 / 13 Noyabr 2026
334
21:03 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.