Qaynar xətt:

(+99450) 247 90 86

Aktyor Əlibala Əsgərov vəfat etdi

Aktyor Əlibala Əsgərov vəfat etdi

ŞOU-BİZNES

497

12.06.2024, 22:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəran Dövlət Dram Teatrının aktyoru Əlibala Əsgərov 69 yaşında dünyasını dəyişib.

OXU24.COM xəbər verir ki, bu barədə Azərbaycan Teatr Xadimləri İttifaqı məlumat yayıb.

Bildirilib ki, aktyor Əlibala Əfsər oğlu Əsgərov 1955-ci ildə Sumqayıtda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb. 1975-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında işləyib. Bununla yanaşı o, “Durnalar qayıdanda” filmində Sovet zabiti, “Qəzan mübarək Paşam” filmində general Əliağa Şıxlinski obrazlarını yaradıb.