Ərdoğan Əliyevə göndərdiyi məktubda bu mövzuya da toxunub
07 Noyabr 2026, 23:08
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
145
07.11.2026, 20:38
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.
Oxu24.com-un məlumatına görə, məktubda deyilir:
"Zati-aliləri,
Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Bu tarixi gün Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi uğrunda xalqın göstərdiyi şücaətin, milli birliyin və sarsılmaz iradənin parlaq təcəssümüdür. Bu gün Azərbaycan qüdrətli və özünə inamlı dövlət kimi tarixi Zəfərinin bəhrələrini bərpa və yenidənqurma, inkişaf və xalqının davamlı rifahı üçün səfərbər edir. Zati-alinizin uzaqgörən və müdrik rəhbərliyi bu möhtəşəm nəticəyə nail olmaqda mühüm rol oynamışdır.
Pakistan qarşılıqlı inam, ortaq dəyərlər və dərin köklərə malik qardaşlıq əlaqələri üzərində qurulmuş ikitərəfli münasibətlərimizin yüksək səviyyəsi ilə qürur duyur. Azərbaycanla aramızdakı xüsusi münasibətləri yaxın gələcəkdə güclü, çoxşaxəli və dinamik strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək öhdəliyimizə sadiq qalırıq.
Məhz bu yanaşmadan çıxış edərək, Zati-alinizin qarşılıqlı razılaşdırılmış münasib tarixdə Pakistana çoxdan gözlənilən səfərini səbirsizliklə gözləyirik. Qəti əminəm ki, Zati-alinizin İslamabada səfəri ikitərəfli, regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparmaq, eyni zamanda strateji və iqtisadi tərəfdaşlığımızı daha da gücləndirmək üçün bir sıra qarşılıqlı faydalı təşəbbüslərin rəsmi olaraq başlanmasına gözəl fürsət yaradacaqdır.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətinizdə davamlı uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzulayıram. Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
23:30 / 07 Noyabr 2026
1
23:30 / 07 Noyabr 2026
6
23:08 / 07 Noyabr 2026
62
23:02 / 07 Noyabr 2026
296
22:57 / 07 Noyabr 2026
98
22:49 / 07 Noyabr 2026
81
22:46 / 07 Noyabr 2026
76
22:17 / 07 Noyabr 2026
96
22:07 / 07 Noyabr 2026
1713
21:49 / 07 Noyabr 2026
311
21:47 / 07 Noyabr 2026
120
21:44 / 07 Noyabr 2026
92
21:37 / 07 Noyabr 2026
349
21:36 / 07 Noyabr 2026
123
21:33 / 07 Noyabr 2026
134
21:20 / 07 Noyabr 2026
109
21:18 / 07 Noyabr 2026
111
21:09 / 07 Noyabr 2026
125
21:03 / 07 Noyabr 2026
410
20:57 / 07 Noyabr 2026
126
20:54 / 07 Noyabr 2026
884
20:45 / 07 Noyabr 2026
287
20:20 / 07 Noyabr 2026
3731
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.