Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda məktəbdə insident: Yaralılar və saxlanılanlar var

Bakıda məktəbdə insident: Yaralılar və saxlanılanlar var

SİYASƏT

709

28.10.2026, 22:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda məktəblilərdən birinin ölümü ilə bağlı hadisəni işıqlandırmaq istəyən "Real TV"nin çəkiliş qrupu hücuma məruz qalıb.

Oxu24.com xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə baş verib. Məktəbin 7-ci sinif şagirdi pəncərədən yıxılaraq həyatını itirib.

Hadisə barədə çəkiliş aparmaq üçün məktəbə yollanan televiziya əməkdaşları ərazidə hücumla üzləşiblər. Məktəbin qarovulçusunun təkidindən sonra bir qrup şəxs çəkiliş qrupuna hücum edib. Nəticədə operator müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Jurnalistlər məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət ediblər. Hadisə ilə əlaqədar polis əməkdaşları araşdırmalara başlayıb. Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı polis tərəfindən saxlanılanlar var.

Faktla bağlı araşdırma aparılır.