Zaur Fətizadə: "Qanunvericiliyimiz beynəlxalq standartlara 90-95 % uyğundur"
28 Oktyabr 2026, 12:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
91
28.10.2026, 10:48
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılara müraciət ünvalayıb.
Oxu24.com xəbər verir ki, müraciəti Baş prokuror Kamran Əliyev səsləndirib.
Müraciətdə deyilir:
"Sizi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksək səviyyəli iclasında salamlayıram.
Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir.
Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa xələl gətirən cinayətdir. Bəzi hallarda bu növ cinayətlərin transsərhəd xarakteri müvafiq tədbirlərin həm milli, həm də beynəlxalq müstəvidə görülməsini zəruri edir. Bu xüsusda, “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası” bu sahədə vahid hüquqi platforma formalaşdıran strateji sənəddir. Azərbaycanın bu Konvensiyaya qoşulması beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməsi korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır.
Torpaqlarımızın 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərimizin, o cümlədən faydalı qazıntı yataqlarımızın xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurmuşdur. Bu cinayətlər nəticəsində əldə edilmiş külli miqdarda gəlir beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılmışdır.
Rəqəmsal inkişaf, xüsusilə də süni intellektin sürətli yayılması korrupsiya ilə mübarizə imkanlarını genişləndirməklə yanaşı, korrupsiyanın yeni təzahürlərinin meydana gəlməsinə, rəqəmsal maliyyə alətlərindən sui-istifadəyə şərait yaradır. Müvafiq hüquq mühafizə orqanlarının müasir texnoloji həllərin potensialından səmərəli yararlanması bu cür cinayətlərin qarşısının alınmasında və effektiv araşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.
Əminəm ki, Bakıda aparılacaq müzakirələr və irəli sürüləcək təkliflər İƏT üzv dövlətləri arasında korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın daha da güclənməsinə, etimadın möhkəmlənməsinə və ölkələrimizin dayanıqlı inkişafına xidmət edəcəkdir.
İclasın işinə uğurlar arzulayıram".
13:52 / 28 Oktyabr 2026
18
13:40 / 28 Oktyabr 2026
26
13:25 / 28 Oktyabr 2026
51
13:15 / 28 Oktyabr 2026
77
13:13 / 28 Oktyabr 2026
73
13:05 / 28 Oktyabr 2026
584
13:05 / 28 Oktyabr 2026
65
13:02 / 28 Oktyabr 2026
64
13:00 / 28 Oktyabr 2026
71
12:50 / 28 Oktyabr 2026
126
12:40 / 28 Oktyabr 2026
72
12:37 / 28 Oktyabr 2026
111
12:35 / 28 Oktyabr 2026
69
12:30 / 28 Oktyabr 2026
60
12:25 / 28 Oktyabr 2026
71
12:16 / 28 Oktyabr 2026
251
12:10 / 28 Oktyabr 2026
62
12:07 / 28 Oktyabr 2026
99
12:00 / 28 Oktyabr 2026
67
11:48 / 28 Oktyabr 2026
692
11:46 / 28 Oktyabr 2026
94
11:41 / 28 Oktyabr 2026
403
11:36 / 28 Oktyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.