Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
27 Oktyabr 2026, 18:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
74
27.10.2026, 18:23
Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Baş prokuror Kamran Əliyev Mərakeş Krallığının Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının prezidenti Məhəmməd Benalilu və İraq Respublikasının Federal Dürüstlük Komissiyasının komissarı doktor Məhəmməd Əli əl-Lami ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Baş Prokurorluqdan Oxu24.com -a verilən xəbərə görə, dörüşlərdə Baş prokuror Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən hüquqi və institusional islahatlar barədə məlumat verib.
Mərakeş Krallığının Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının prezidenti ilə görüşdə Azərbaycan-Mərakeş münasibətlərinin inkişafı və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Məhəmməd Benalilu korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə və informasiya mübadiləsinin genişləndirilməsinin, habelə müvafiq qurumlar arasında institusional əlaqələrin gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
Tərəflər Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Mərakeşin müvafiq qurumu arasında əməkdaşlığın inkişaf perspektivlərini, qabaqcıl təcrübənin öyrənilməsini və beynəlxalq və regional platformalarda qarşılıqlı fəaliyyətin genişləndirilməsini müzakirə ediblər.
Görüşün yekununda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Mərakeş Krallığının Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
İraq Respublikasının Federal Dürüstlük Komissiyasının komissarı ilə görüşdə Azərbaycan-İraq münasibətlərinin siyasi, iqtisadi və mədəni sahələrdə inkişafı müsbət qiymətləndirilib, İraqın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq platformalarda göstərdiyi dəstəyin əhəmiyyəti vurğulanıb.
Baş prokuror 2024-cü ilin noyabrında Qətərdə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin ikinci yüksək səviyyəli görüşü çərçivəsində Məhəmməd Əli əl-Lami ilə, habelə 2024-2025-ci illərdə İraqın məhkəmə və prokurorluq orqanlarının rəhbərləri ilə keçirdiyi görüşləri xatırladaraq, bu təmasların hüquqi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Məhəmməd Əli əl-Lami korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.
Görüşdə iki qurum arasında əməkdaşlığın inkişaf perspektivləri, qabaqcıl təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi, eləcə də birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.
Görüşün yekununda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə İraq Respublikasının Federal Dürüstlük Komissiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

19:19 / 27 Oktyabr 2026
15
19:01 / 27 Oktyabr 2026
102
18:54 / 27 Oktyabr 2026
43
18:49 / 27 Oktyabr 2026
228
18:46 / 27 Oktyabr 2026
37
18:41 / 27 Oktyabr 2026
42
18:34 / 27 Oktyabr 2026
56
18:30 / 27 Oktyabr 2026
76
18:20 / 27 Oktyabr 2026
70
18:05 / 27 Oktyabr 2026
122
18:05 / 27 Oktyabr 2026
109
18:02 / 27 Oktyabr 2026
75
18:00 / 27 Oktyabr 2026
71
17:50 / 27 Oktyabr 2026
74
17:33 / 27 Oktyabr 2026
1103
17:29 / 27 Oktyabr 2026
104
17:27 / 27 Oktyabr 2026
149
17:19 / 27 Oktyabr 2026
113
17:16 / 27 Oktyabr 2026
101
17:13 / 27 Oktyabr 2026
95
17:02 / 27 Oktyabr 2026
149
16:56 / 27 Oktyabr 2026
88
16:51 / 27 Oktyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.