Prezident: Azərbaycan mədəniyyətlərarası körpülər salan ölkə kimi tanınır
27 Oktyabr 2026, 10:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
338
27.10.2026, 10:04
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev Forumda çıxış edir.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100 ölkədən 500 xarici qonaq iştirak edir.
Bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Prezident forumun son illər ərzində sözün əsl mənasında effektiv və inklüziv platformaya çevrildiyini qeyd edib:
"Əslində, forumda qlobal gündəlikdə olan təxirəsalınmaz məsələlər haqqında danışırıq. 2011-ci ildə bizim təşəbbüsümüzlə ilk dəfə belə bir forum təşkil olundu. Mən BMT-yə bu təşəbbüsü dəstəklədiyinə görə təşəkkürümü bildirirəm".
Dövlət başçısı bildirib ki, bu forum iki ildən bir keçirilir və burada hamıya aid məsələlər müzakirə edilir:
"Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm, dini və etnik tolerantlıq ənənələri bizim xalqlarımızın əsrlər boyu gətirdiyi bir irsdir və biz bunu yüksək qiymətləndiririk".
***
Azərbaycanda bütün etnik qrupların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır.
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın sabit inkişafının səbəblərindən biri cəmiyyətdə olan ahəngdarlıqdır
"Multikulturalizm, dini və etnik tolerantlıq ənənələri bizim xalqlarımızın əsrlər boyu gətirdiyi irsdir. Biz bunu yüksək qiymətləndiririk. Bütün etnik qrupların, dinlərin nümayəndələri nəinki konstitusyamız sayəsində bərabər hüquqlara malikdir, o cümlədən bir ailə kimi yaşayır. Biz həqiqətən çox yüksək səviyyədə həmrəyliyi, qarşılıqlı anlaşma və hörməti görürük. Biz hamımız milli ideyalar ətrafında birləşirik. Necə deyərlər, azərbaycançılıq Azərbaycanın bütün xalqlarını bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən çətin mərhələlərində özünü büruzə verib".
10:45 / 27 Oktyabr 2026
1
10:40 / 27 Oktyabr 2026
31
10:36 / 27 Oktyabr 2026
57
10:34 / 27 Oktyabr 2026
39
10:32 / 27 Oktyabr 2026
40
10:25 / 27 Oktyabr 2026
43
10:14 / 27 Oktyabr 2026
113
10:08 / 27 Oktyabr 2026
66
10:02 / 27 Oktyabr 2026
60
09:41 / 27 Oktyabr 2026
69
09:34 / 27 Oktyabr 2026
281
09:29 / 27 Oktyabr 2026
92
09:28 / 27 Oktyabr 2026
63
09:25 / 27 Oktyabr 2026
68
09:24 / 27 Oktyabr 2026
71
00:42 / 27 Oktyabr 2026
124
00:00 / 27 Oktyabr 2026
97
23:43 / 26 Oktyabr 2026
145
23:30 / 26 Oktyabr 2026
116
23:16 / 26 Oktyabr 2026
143
23:08 / 26 Oktyabr 2026
97
22:58 / 26 Oktyabr 2026
117
22:56 / 26 Oktyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.