Prezidentin Mətbuat Xidməti təcili AÇIQLAMA YAYDI:Müvafiq tədbirlər görülür
15 Noyabr 2026, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
227
26.10.2026, 15:37
CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.
Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.
Bu, Azərbaycan əleyhinə yönəlmiş dezinformasiya kampaniyasının tərkib hissəsi idi. Yəni, təkcə jurnalistlər və peşəkar media deyil, həm də diplomatlar bu dezinformasiyanın hədəfi oldular.
Əgər jurnalistlər İsrailin Azərbaycanın cənub bölgələrindəki axtarış-xilasetmə missiyası haqqında yazırlarsa, onlar axtarış-xilasetmə missiyasının terminologiyasını başa düşməlidirlər. Axtarış-xilasetmə missiyası deməkdir ki, bu, esminesləri [hərbi gəmiləri], xüsusi təyinatlı əsgərləri və həmçinin logistik bazanı nəzərdə tutur və logistik baza bəzi digər dəstək elementlərini və sairə əhatə edir. Birinci növbədə, siz görürsünüz ki, onlar bu məlumatı yayırlar və heç bir məsuliyyət daşımırlar. Və bəzən onlar xarici işlər nazirliklərinə müraciət edirlər və deyirlər ki, bu, rəsmi mənbə tərəfindən təkzib edilib, lakin hələ də istifadə olunur və üzr istənilmir.
22:05 / 15 Noyabr 2026
152
21:57 / 15 Noyabr 2026
76
21:37 / 15 Noyabr 2026
578
21:07 / 15 Noyabr 2026
671
20:58 / 15 Noyabr 2026
397
20:55 / 15 Noyabr 2026
114
20:44 / 15 Noyabr 2026
249
20:39 / 15 Noyabr 2026
108
20:30 / 15 Noyabr 2026
130
20:09 / 15 Noyabr 2026
365
19:51 / 15 Noyabr 2026
394
19:37 / 15 Noyabr 2026
131
19:17 / 15 Noyabr 2026
138
19:09 / 15 Noyabr 2026
126
18:40 / 15 Noyabr 2026
143
18:05 / 15 Noyabr 2026
153
17:53 / 15 Noyabr 2026
1997
17:43 / 15 Noyabr 2026
789
17:16 / 15 Noyabr 2026
695
17:12 / 15 Noyabr 2026
4105
17:09 / 15 Noyabr 2026
129
15:50 / 15 Noyabr 2026
138
15:25 / 15 Noyabr 2026
175
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.