Ceyhun Bayramov: Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
26 Oktyabr 2026, 14:30
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
67
26.10.2026, 13:39
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinosu qəbul edib.
Oxu24.com xəbər verir ki, Migel Anxel Moratinos Azərbaycanda növbəti Mədəniyyətlərarası Dialoq Forumunun təşkili münasibətilə təbriklərini çatdırdı.
Qonaq bu Forumun beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm platformaya çevrildiyini vurğuladı.
Migel Anxel Moratinos Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirərək, ölkəmizin beynəlxalq miqyasda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm rol oynadığını qeyd etdi.
O, həmçinin Azərbaycanın islamofobiya ilə mübarizə sahəsində fəal mövqeyini, ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfransların mütəmadi surətdə keçirilməsini təqdir etdi və BMT-nin Sivilizasiyalar Alyansının bu istiqamətdə Azərbaycanın səylərini dəstəklədiyini vurğuladı.
Migel Anxel Moratinos Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansına verdiyi könüllü maliyyə töhfələrinə görə də təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında çoxillik uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edərək, ölkəmizin bundan sonra da Alyansın fəaliyyətinə dəstəyini davam etdirəcəyini dedi.
Dövlətimizin başçısı Azərbaycanda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq ictimaiyyəti narahat edən aktual məsələlərin müzakirəsi və qarşılıqlı anlaşmanın təşviqi baxımından əhəmiyyətini vurğuladı.
Görüşdə Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
14:30 / 26 Oktyabr 2026
35
14:25 / 26 Oktyabr 2026
86
14:24 / 26 Oktyabr 2026
37
14:18 / 26 Oktyabr 2026
44
14:14 / 26 Oktyabr 2026
45
14:06 / 26 Oktyabr 2026
480
14:04 / 26 Oktyabr 2026
63
14:03 / 26 Oktyabr 2026
57
13:57 / 26 Oktyabr 2026
80
13:49 / 26 Oktyabr 2026
69
13:35 / 26 Oktyabr 2026
79
13:20 / 26 Oktyabr 2026
73
13:12 / 26 Oktyabr 2026
676
13:06 / 26 Oktyabr 2026
141
13:00 / 26 Oktyabr 2026
102
12:54 / 26 Oktyabr 2026
725
12:51 / 26 Oktyabr 2026
75
12:45 / 26 Oktyabr 2026
90
12:30 / 26 Oktyabr 2026
87
12:20 / 26 Oktyabr 2026
95
12:17 / 26 Oktyabr 2026
71
12:15 / 26 Oktyabr 2026
93
12:05 / 26 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.