Limit qoyulacaq -SAHİL BABAYEV AÇIQLADI
13 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
417
23.10.2026, 13:31
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Aqrar sahə haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub.
Oxu24.com xəbər verir ki, yeni qanunvericilik çərçivəsində kənd təsərrüfatının təşkili, dövlət dəstəyi, torpaq və su ehtiyatlarından istifadə, bitki və heyvan sağlamlığı, eləcə də kənd yerlərinin inkişafı üzrə bir sıra yeni mexanizmlər müəyyən edilir.
Qanunda aqrar məhsulun ilkin və sənaye emalı anlayışları dəqiqləşdirilir, aqrar məhsul istehsalçılarının reytinq sisteminin tətbiqi nəzərdə tutulur. Dövlət dəstəyi tədbirləri zamanı informasiya sisteminin məlumatları və istehsalçıların reytinqi nəzərə alınacaq.
Sənəddə torpaqların konsolidasiyası, müasir suvarma sistemlərinin tətbiqi, aqrar kooperativlərin və aqroklasterlərin inkişafı, müqavilə əsaslı istehsalın genişləndirilməsi, fermerlərin məhsullarının satış imkanlarının artırılması da prioritet istiqamətlər kimi müəyyən edilir.
Bununla yanaşı, iqlim dəyişikliklərinə uyğunlaşma, su ehtiyatlarından səmərəli istifadə, rəqəmsallaşma, aqrar sahədə elmi tədqiqatların və peşə hazırlığının dəstəklənməsi ilə bağlı tədbirlər nəzərdə tutulur.
Qanun aqrar xidmətlərin əhatəsini də müəyyən edir. Bu xidmətlərə subsidiyaların verilməsi, torpaq və su analizləri, toxumların sertifikatlaşdırılması, kənd təsərrüfatı texnikasının qeydiyyatı, heyvanların müayinəsi və bitki mühafizəsi tədbirləri daxildir.
Sənəddə həmçinin aqrar sahədə dövlət nəzarətinin istiqamətləri, satış infrastrukturunun inkişafı və aqroturizmin təşviqi ilə bağlı müddəalar yer alır. Qanunun qüvvəyə minməsi ilə "Taxıl haqqında", "Çayçılıq haqqında", "Pambıqçılıq haqqında" və "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanunların ləğvi nəzərdə tutulur.
23:28 / 13 Noyabr 2026
13
23:22 / 13 Noyabr 2026
32
23:17 / 13 Noyabr 2026
43
23:09 / 13 Noyabr 2026
54
23:05 / 13 Noyabr 2026
59
23:02 / 13 Noyabr 2026
64
22:53 / 13 Noyabr 2026
75
22:49 / 13 Noyabr 2026
72
22:41 / 13 Noyabr 2026
72
22:36 / 13 Noyabr 2026
84
22:18 / 13 Noyabr 2026
80
22:13 / 13 Noyabr 2026
83
22:03 / 13 Noyabr 2026
427
21:43 / 13 Noyabr 2026
818
21:36 / 13 Noyabr 2026
95
21:29 / 13 Noyabr 2026
121
21:24 / 13 Noyabr 2026
97
21:03 / 13 Noyabr 2026
106
20:58 / 13 Noyabr 2026
117
20:50 / 13 Noyabr 2026
1136
20:41 / 13 Noyabr 2026
143
20:37 / 13 Noyabr 2026
115
20:35 / 13 Noyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.